Site icon Aznews TV

Təbrizdə təqaüdçülər etiraz mitinqi keçiriblər

Martın 6-da təbrizli təqaüdçülər yeni ildə altıncı dəfə olaraq etiraz aksiyası keçirərək təqaüdlərinin az olmasına və yaşayış şərayitlərinin günü-gündəb çətinləşməsinə etirazlarını bildiriblər.

Şərqi azərbaycan əyalətinin valiliyi binası qarşısına toplaşan narazılar maaş və pensiyaların aşağı olmasından, əlavə sığorta problemlərindən və həyat şəraitinin pis olmasından şikayətlənib, təqaüdlərinin tam artırılmasını və bərabərləşdirilməsini istəyiblər.

Qeyd edək ki, Təbrizlə yanaşı onlarla şəhərdə, o cümlədən Ərdəbil, Urmu, Qəzvin, Həmədan, Tehran, Kərəc, Məşhəd şəhərlərində də oxşar istəklərlə etiraz aksiyaları keçirilib.

Exit mobile version