Site icon Aznews TV

Təbrizdə təqaüdçülərin növbəti aksiyası keçirilib

Etirazçılar “Haqqımızı almayınca susmayacağıq”, “Ləyaqətsiz məsul, istefa-istefa”, “Gəlirimiz riyalla, xərclərimiz dollarla” məzmunlu şüarlar səsləndiriblər.

Bu, cari ildə təbrizli təqaüdçülərin keçirdiyi dördüncü aksiyadır və bundan öncə onlar eyni istəklərlə yanvarın 16, 23 və 30-da etiraz aksiyası keçiriblər.

Etirazçılar təqaüdlərinin aşağı olmasına, rütbələndirmə və bərabərləşdirmə qanununun tətbiq olunmamasına etiraz ediblər.
Narazılar sığorta xidmətləri sahəsindəki problem və çatışmazlıqların həll edilməsi tələb edilib.

Exit mobile version