Site icon Aznews TV

Təbrizdə təqaüdçülərin növbəti aksiyası keçirilib

Narazı təqaüdçülər cari ayda üçüncü dəfə olaraq Şərqi Azərbaycan əyalətinin Sosial Təminat İdarəsinin qarşısına toplaşıb.

Etirazçılar bundan öncə davamlı səsləndirdikləri “Haqqımızı almayınca susmayacağıq”, “Ləyaqətsiz məsul, istefa-istefa məzmunlu şüarları yenidən səsləndiriblər.

Bu, yanvar ayında təbrizli təqaüdçülərin keçirdiyi üçüncü aksiyadır və bundan öncə onlar eyni istəklərlə yanvarın 16 və 23-də etiraz aksiyası keçiriblər.

Etirazçılar təqaüdlərinin aşağı olmasına, rütbələndirmə və bərabərləşdirmə qanununun tətbiq olunmamasına etiraz ediblər.

Narazılar sığorta xidmətləri sahəsindəki problem və çatışmazlıqların həll edilməsi tələb edilib.

Qeyd edək ki, təqaüdçülər yanvarın 30-da Təbrizlə yanaşı Güney Azərbaycan və İranın onlarla şəhərində oxşar istəklərlə Sosial Təminat İdarələrinin qarşısına toplaşaraq etiraz aksiyaları keçiriblər.

 

Exit mobile version