Site icon Aznews TV

Təbrizdə tarixi əsər baxımsız qalıb

“Azərəncümən” xəbər saytının yazdığına görə, Təbrizin tarixi “Nobər” hamamı dağılmaq üzrədir.

Məlumata görə, Qacarlar dövründə tikilən və 150 il yaşı olan hamam Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin məsullarının laqeydliyi üzündən dağılır.

Hamam Təbriz bələdiyyəsinin balansındadır.

Buna baxmayaraq, onun malikiyyət hüququ Mədəni İrs Təşkilatına aiddir.

İki qurum arasındakı ixtilaflar tarixi əsərin baxımsız qalmasına səbəb olub.

Exit mobile version