Site icon Aznews TV

Təbrizdə Türkiyə konsulluğu qarşısında aksiya keçirildi

Bu barədə SEPAH-a bağlı media kanalları məlumat yayıb.

SEPAH və ona bağlı yarım hərbi “Bəsic” üzvləri, hökumətin tələbə cəmiyyətləri nümayəndələri Türkiyə prezidenti qəzzalılara yardım etməməkdə ittiham ediblər.

Aksiyaya qoşulan məhdud sayda aksiyaçının “Ərdoğan qəzzalılardan utan” şüarları ssləndirmələri vətəndaşların etirazları ilə qarşılaşıb.

Yerli əhali aksiyanın keçirilməsinə mane olmaq istədiklərinə görə, hadisə yerinə polis qüvvələri cəlb edilib, aksiyaçılara etiraz edənlər oradan uzaqlaşdırılıb.

Exit mobile version