İran

Ərdəbildə tikinti işinin təşkili və əlaqələndirilməsinə başlanılıb

Ərdəbildə tikinti işlərində çalışan şəxslərlə ilgili müvəqqəti və daimi bazarların təşkili məqsədilə plan hazırlanır. Bu barədə Ərdəbil Əyaləti Təavun, İş və İctimai Rifah Baş İdarəsinin müdiri Qasım Rəhimi məlumat verib. Onun sözlərinə görə, sözügedən məsələ ilə bağlı yeni tərhin hazırlanması planlaşdırılır. Belə ki, Tikinti Fəhlələri Əncüməninin yaradılması ilə fəhlələrin müşküllərinin həlli yönündə işlərin icrasına başlanılıb.
Xatırladaq ki, 2 ay öncə şəhrdar və şəhər şurası rəisinin iştirakı ilə məclis toplantısı keçirilib. İclasda fəhlələrin növbəli fəaliyyəti məqsədilə İsar Meydanı, Tohid Meydanı və Vəhdət Meydanının yaradılması məsələsi müzakirə edilib.
Qasım Rəhimi bildirib ki, bu məkanların yaradılıb idarə olunması üçün işçilərin planlaşdırılması Tikinti Fəhlələri Əncüməninə tapşırılıb. Əncümən əyalətdə 31 min tikinti işçisinin olduğunu bəlli edilib.

Related Articles

Bir cavab yazın

Back to top button