Site icon Aznews TV

Təbrizdə yeni zindan tikilir

Həbsxananın tikintisi işləri sürətlə davam edir.

Şərqi Azərbaycan zindanlarının baş müdiri Həsən Məhəmmədyari bu barədə məlumat verərək deyib ki, yeni zindan Təbrizin şimal-qərb tərəfində yerləşən Bababağı adlı hissəsində tikilir.

Məhəmmədyarinin sözlərinə əsasən, həmin zindanın layihəsi 2012-ci ildə hazırlanıb. 14 min kv.m sahəni əhatə edəcək təcridxanada 5 min məhbusun saxlanılması nəzərdə tutulub.

Məhəmmədyari etiraf edib ki, məhbusların sayının çox olması səbəbi ilə Təbriz zindanında yer yoxdur.

Exit mobile version