Site icon Aznews TV

Təbrizin bələdiyyə binası muzey olacaq

Bu barədə Təbriz Şəhər Şurasının başçısı Rəsul Bərgi məlumat verib.

Onun dediyinə görə, alınan qərara əsasən tarixi binadan idarələrin istifadəsinə qadağa qoyulacaq.

Qeyd edək ki, Təbrizin simvollarından biri olan Saat binası 1935-ci ildə Almaniya mühəndis və memarlarının layihəsi əsasında tikilib.

1998-ci ildə 2055 qeydiyyat nömrəsi ilə İranın milli əsərlərindən biri kimi qeydə alınmasına baxmayaraq uzun illər baxımsız qalıb.

Exit mobile version