İran

Təbrizin şairlər məqbərəsinin son durumu

10 ildir ki Təbrizin Şairlər Məqbərəsinin sahəsi şəhrdari və başqa qurumlar tərəfindən dağıdılıb. Bu addım yeniləmə məqsədi ilə atılıb. Amma bu günə kimi heç bir iş görülməyib. Şəhrdari Sazimanın fərhəngi burada müxtəlif çoxqatlı binaların tikilməsi üçün icazə sənədi verib. Beləliklə, qazanc güdənlər tərəfindən yüzlərlə bina tikilib. Nəticədə Təbriz şəhərinin nümadlarından sayılan şairlər Məqbərəsi bu uca binaların içində itərək şəhərin heç bir yerindən görünməməyə başlayıb. Təbriz Şəhrdarisinin Beynəlmiləl Rabitələr Baş İdarəsinin baş müdiri bilməlidir ki, Təbrizin tarixi Şairlər Məqbərəsinin Şirazın Hafiziyyəsi ilə müqayisədə aşağı tutulması düzgün addım deyil. Təbrizin Şairlər Məqbərəsi, Ərk Qalası və digər abidələrinin yenilənməsinə, şəhərə turist çəkən abidələr səviyyəsinə qaldırılmasına dövlətin marağı yoxdur. Təbii ki, başqa səbəblər də var. Belə ki, Güney Azərbaycan ustanlarına İsfahan, Yəzd ustanları ilə müqayisədə dövlət tərəfindən az büdcə ayrılır. Səbəblərdən bir digəri də Güney Azərbaycan ustanlarının məsul şəxslərinin duruma laqeyd yanaşmasıdır. Müəyyən qədər işlər görmək istəyənlər də büdcə azlığına tuş gəlir. Beləliklə, Güney Azərbaycan ustanları turizm çəkiciliyi baxımından da günü gündən geriləyir.

Related Articles

Bir cavab yazın

Back to top button