
Qəbiristanlıqda çox sayda tarixi şəxsiyyətin, o cümlədən Elxanlılar sülaləsinin ikinci xaqanı Sultan Uveysin məzarı var.
Özünəməxsus baş və sinə daşları ilə tanınan tarixi qəbiristanlıq İslamdan öncə, İslam dövrü və ondan sonrakı çağlarda bölgədə yaşayanların dəfn edildiyi yerdir.
Mədəni fəallar qəbiristanlıqdakı məzarların bir çoxunda başdaşlarının fərqli şəkildə olmasına görə hakimiyyətin tarixi abidənin məhv olmasında maraqlı olduğunu yazırlar.
“Buna görə də, tarixi qəbiristanlığın qorunması və qeydiyyata alınması ilə bağlı edilən müraciətlər nəticəsiz qalıb”,- deyə fəallar bildiriblər.