Site icon Aznews TV

Təbrizin Xaqani parkının əsrarəngiz gözəlliyi

Keçmişdə parkın yerində başqa tikililər yerləşmişdir. 1816-cı ildəki zəlzələdən sonra şəhər xeyli ziyan çəkmişdi. Zəlzələ zamanı tamamilə dağılan bu bölgədə zəlzələ nəticəsində ölənlər toplu şəkildə basdırılmışdı.

1931-ci ildə Təbriz bələdiyyəsinin rəhbəri Məhəmməd Əli xan Tərbiyət bu yerin ictimai park edildiyini elan etdi. Bundan sonra xalq buraya “Sümüklü park” demişdir.

1958-ci ildə həmin yerdə “Cahanşah ibtidai məktəbi” ilə Azərbaycan muzeyi tikildi. 2003-cü ildə Təbriz bələdiyyəsinin və Təhsil nazirliyinin bölgə müdirliyinin əmri ilə məktəb ləğv edildi və onun ərazisi Xaqani parkına verildi. Bu ərazidə Xaqani Şirvaninin heykəli qoyuldu.

Exit mobile version