Site icon Aznews TV

Təbrizli deputat: “Hicab barədə qanunun icrası sistemə problem törədəcək”

Deputat martın 11-də Qum şəhərinin bir klinikasında icbari hicaba riayət etməyən qadının hansısa bir molla tərəfindən kameraya çəkilməsi nəticəsində həmin qadının molla ilə dalaşdığını vurğulayıb:

“Kimsənin insanların özəl sərhədinə toxunmağa və müdaxilə etməyə haqqı yoxdur. Bəzi hallarda elə davranırıq ki, insanlar reaksiya göstərməyə məcbur olurlar”.

O, həmçinin digər bir deputatın hicaba riayət etməyənlərə cərimə tətbiq olunması tələbinə də cavab verib:

“Bu cənablar öz övladlarına baxsınlar. Onları hansısa bir işi görməyə məcbur edə bilirlərmi? Mən öz qızımı, oğlumu və yaxud digərini namaz qılmağa, hicab geyinməyə məcbur edə bilmirəmsə, bunu cəmiyyətə tətbiq etməyə haqqım yoxdur”.

Pezişkian çıxışının digər bir hissəsində deyib: “40 ildir ölkə, hakimiyyət, məktəblər, uşaq bağçaları əlimizdədir. Uşaqları yola gətirə bilməmişik. İndi isə hicab barədə qanunla onları tərbiyə etmək istəyirik. Bu mümkün deyil”.

#GuneyAzerbaycan #hicab

Exit mobile version