Site icon Aznews TV

Təbrizli fəal Arəş Şadmənd həbs edilib

Onun ittihamı ilə bağlı bilgi verilməyib.

Təbriz İslam İncəsənət bilimyurdunun Əkkaslıq və Multimedia Sənəti üzrə lisans öyrəncisi, incəsənət müəllimi  Arəş Şadmənd mehr ayının 8-də əmniyət məmurları tərəfindən tutulub.

Gənc əkkasın evinə basqın edən əmniyət məmurları heç bir məhkəmə sənədi təqdim etmədən fəalın evində axtarış aparıb, onun şəxsi əşyalarını, o cümlədən notbuk, mobil telefon, hard disk, hafizə kartı və kamerasını müsadirə ediblər.

Septambrın 30-da tutulan fəalın həbsi barədə bilgini oktobrın 3-də yaxınları yayıb.

Onun ittihamı və harada saxlanıldığı barədə dəqiq xəbər yoxdur.

Doğu Azərbaycan əyalətinin Kəleybər şəhərindən olan və Təbrizdə yaşayan Arəş Şadmənd bundan öncə 1397-ci ilin mehr ayında müəllimlərin etisabına qatıldığı üçün əmniyət idarəsinə çağrılaraq dindirilib və hədələnmişdi.

Exit mobile version