Site icon Aznews TV

Təbrizli fəal Məhəmməd Mərdi məhkəməyə çağırılıb

Təbrizli fəal Məhəmməd Mərdi məhkəməyə çağırılıb. Bu barədə ona məhkəmənin elektron sistemi vasitəsilə çağırış gəlib.

Bildirişdə qeyd olunur ki, Məhəmməd Mərdi oktyabrın 26-ı, yerli vaxtla saat 11:00-da Cəza Məhkəməsinin 111-ci bölməsində olmalıdır.

Bundan öncə Təbriz dadsitanlığının 15-ci bölməsində Mərdiyə qarşı “ictimai asayişi pozmaq” ittihamı irəli sürülüb, barəsində qaldırılmış “hökumətə qarşı təbliğat” ittihamı isə ləğv edilib.

Juiyyənin 24-də Məhəmməd Mərdi təhlükəsizlik məmurları tərəfindən saxlanılı. Saxlanıldığı zaman döyülən fəal baş və çənə nahiyəsindən ciddi xəsarətlər alıb.

Mərdi ETTELAAT-ın təcridxanasında dindirildikdən sonra 11 avqustda Təbriz həbsxanasına köçürülüb, 14 avqustda isə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Məhəmməd Mərdi bundan öncə 2016-cı ildə milli fəal Murtəza Muradpurun zindanda aclıq aksiyasına dəstək verdiyi üçün basqılara məruz qalıb.

Sonuncu dəfə  juiyyənin 24-də Güney azərbaycanlıların Ələhvaz ərəblərinə dəstək aksiyasında iştirak etdiyi üçün tutulub.

Exit mobile version