Site icon Aznews TV

Təbrizli millət vəkili: Çox sayda alim ölkədən çıxmağa çalışır

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan İran parlamentinin qanun və qərarlarının bir çoxunun qeyri-elmi olduğunu deyib.

“Hökumətin və parlamentin təsdiqi etdiyi qərar və qanunlar qeyri-elmidir. Nnnovasiya və akademik mühitdə dəyişiklik etmək istəyirlərsə dünyagörüşlərini dəyşməlidirlər. Belə olmadıqda çətin ki, xüsusi bir irəliləyiş və dəyişiklik baş versin”-deyə, təbrizli millət vəkili bildirib.

O, ölkədə bilikli və alim adamlarla biliksiz şəxslərin bərabərləşdirilməsinə, alimləri savadsızların tabeliyinə verilməsinə çalışıldığına işarə edərək, bunun bir çox innovativ insanlarda çalışmaq üçün maraqlarının qalmadığını söyləyib.

Pezeşkiyan hakim şərayitə görə, bir çox elm adamının ya təqaüdə çıxmaq üçün müraciə etdiyini və ya ölkədən çıxmaq üçün yollar axtardığını bildirib.

Exit mobile version