İdmanİran

Təbrizli qadınlarının stadionlara girişi ölkə üçün nümunə ola bilər

Qadınların stadionlara girişi İran futbolu üçün daim çətin bir məsələ olub. Bu günlərdə FİFA Federasiyası bunu ciddi şəkildə vurğulayır və bu, İran futbol liqasının başlamasını təxirə salsa da, qadınların stadionlara girişi məsələsi hər zamankından daha çox mübahisə doğurur.
Aznews.tv xəbər verir ki, təbrizli qadınların da qatıldığı Traktor Azərbaycan klubunun yeni formasının yüksək səviyyədə qeyd olunması münasibətilə, Təbriz rəsmiləri qadınların stadionlara girişi üçün pilot şəhər olduğunu düşünür.
Təbrizin Purşərif idman kompleksində Traktor Azərbaycan klubunun yeni formasının təqdimat mərasimi təbrizli ailələrin içtirakı ilə keçirilib. Bu oyunda ilk dəfə olaraq qadınlar və qızlar öz ailələri və qardaşları ilə sevimli komandalarının oyununu izləmək imkanı əldə ediblər.
Görüşdə bəzi normaları pozan hallar yarana bilər, lakin ümumilikdə bu ailəvi tədbirinin yaxşı keçirildiyi göz önündədir.
Tədbir yaxşı bir başlanğıc və nəticə başa çatdı, buna görə hökümət orqanları və ictimaiyyətin əməkdaşlığı ilə təbrizli qadınların stadiona girişi üçün örnək seçilə bilir.
Qeyd etmək lazımdır ki, eyni vəziyyət əvvəlki günlərdə Urmu 90 futbol komandasının yeni formasının təqdimat mərasimində çox yüksək səviyyədə nümayış etdirilib.
Traxtor Azərbaycan futbol komandası tamaşaçıları keçən il qadınların stadionlara girişi üçün şuarlar səsləndirmişdilər. Təbrizdə keçirilən oyunların 25-ci dəqiqələrində o cümlədən “Azərbaycan qızları, göylərin ulduzlar” kimi şuarlar səsləndirilib.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button