Azərbaycanİdmanİran

Güləşçi qızıl medalını azərbaycanlılara həsr etdi

Əhalisinin əksəriyyətini türklərin təşkil etdiyi Zəncanlı güləşçi Hosseyn Nuri Asiya çempionatında qazandığı qızıl medalını öz soydaşlarına və Təbrizin “Tiraxtur” klubuna həsr edib.

Aznews.tv-nin verdiyi məlumata əsasən, güləşçimiz yunan-Roma güləşi üzrə Asiya çempionatının qalibi olub.

Özbəkistanı, Çini və Yaponiyanı təmsil edən rəqiblərinə qalib gələrək H.Nuri finala yüksəlib.

Finalda hindistanlı güləşçinin belini yerə sərən idmançı yarışmanın birincisi olub.

Qələbədən sonra H.Nuri qızıl medalını öz soydaşlarına və xüsusən “Tiraxtur” klubuna həsr etdiyini vurğulayıb.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button