AzərbaycanDünyaİran

Qadına dəyər verməği nə zaman unutduq?

Avrupa və orta doğuda Qadınların kölə kimi, dəyərsiz bir mal kimi alınıb satıldığı dönəmlərdə Türk Qadının qonumu nə idi?

Bu günlərdə dilə gətirməkdən çəkindiğimiz yada utandığımız Qadın kəlməsi əski Türklərdə xanın eşi, yada Qadın hükümdar anlamında işlənilən katun kəlməsi günümüzə gəldikcə xatın yada Qadın kəlməsinə dönüşmşdür.

Əski Türklərdə Qadın birləştirici, eşinə dəstək olan, qoruyucu, dostluq və barışın təminində böyük rolu var idi.
Qazax Türklərində bir ata sözü var ki deyir: birinci zənginlik sağlıq, ikinci zənginlik isə Qadındır.
Türklərin bərəkət qaynağı gördüğü Qadının öündə xanlar, xaqanlar, cəngavərlər əyilirdi.

Bir gün Çingiz xan bütün xanlarını toplantıya çağırar. bütün xanlar dayirə olaraq bir düzəndə oturarlar, gələnək gərəği soldan başlayaraq hər kəs özünü tanııtdırar. ən son sırada Börtə xatın var idi. Sözü Çingiz xan alıb : mən sizin xanınız Çingiz xan və Börtə xatına işarət edərək buda mənim xanım Börtə xatındır. Beləliklə xanım kəlməsi burdan gəlmişdir.

Qadın qədim Türk kültüründə ərkəyin bütünləşdiricisi qonumundadır, bu üzdən heç bir iş Qadınsız görülməzdi.

Ortaçağın ən böyük gəzgini İbni bətutə səyahətnaməsində Türklərdə Qadının statüsünə təəcüblə yazırki: Burda əcib bir şeyə şahid oldum, oda Türklərin Qadınlara göstərdiği hörmətdir. Burda Qadınların qiyməti və dərəcəsi çox üstündür.
Altay Türkləri Qadının ucalığını anlatmaq üçün altay dağının ən yüksək təpəsinə Qadın başı adı vermişlər.
Türklərdə Qadının belə dəyər gördüğü bir zamanda əski Türklərin ən yaxınındaki kültürlərdən biri və özlərini mədəniyət mərkəzi qəbul edən Çinlilərdə Qadın insan yerinə qoyulmaz ona ad bilə qoymazdılar. Doğan qız uşaqlarını sayılar ilə səslərdilər. Hindistanda Qadınlar evlənənə qədər babasının, babası yoxsa qardaşlarının himayəsi altında idi.  Bu himayədən məqsəd qızların zəyif karakterliliyi, günaha meyilli və həyatına tək başına davam etdirəmiyəcək qədər gücsüz olduğunun inanılmasıydı.
Bu qonuya örnək olaraq ərəblərdə doğan hər bir qız uşağı utanc olaraq qəbul edilirdi. Bu üzdən qız uşaqlarını diri-diri gömdüxləri görülmüşdür. İngilterədə isə ərkəklər Qadınları sata bilirdi, və Qadınların pis bir varlıq sayıldıqları üçün qutsal kitab incilə əl vurmaları yasaqdı.

Farslar qan bağının nikaha mani olmadığını qəbul edib, ana və bacıları ilə evlənə bilirlərdi. Slavlarda Qadın əşya olaraq qəbul edilib, əri ölən Qadını əri ilə birlikdə gömərlərmiş. Və belə bir zamanda isə Türk Qadınları toplumun baş tacı idi. O zaman Türk milləti qədər Qadınlara dəyər verən ikinci bir millət yox idi.
Qadın Türk dəstanlarında çox üstün bir mərtəbədədir, yaradılış dastanına görə tanrıya dünyanı və insanı yaratması üçün Ağ Ana adında bir Qadın ilham vermişdir. Qadın kainatın yaradılışına səbəb olan ilham qaynağı görülmüşdür.
Dədə Qorqud hikayələrində Qadının günümüzdə olduğu kimi evə məhkum edilmək istəməsi yerinə, ideal eş olmasının yanında ox atmaq, at minmək, güləşmək, qılınc tutmaq kimi özəlliklərinin olması istənilmiştir Dədə Qorqud dəstanlarında Qadın igid olaraq göstərilmişdir.

Əski Türk toplumlarında Qadınla ərkək evləndiklərində eş olurdu.
Eş kəlməsi eşitliğin qıssaltmışıdır. Yar kəlməsi isə yarımın qıssaltılmışıdır.
Qadın hər zaman ərkəğin yanında olurdu və törələrdə xatın xanın yanında oturub və siyasi, idari görüşlərini bəyan edərdi.
Xatınlara bilgə ünvanı verilirdi və ölkəni birliktə yönətirlərdi.
Dövlət yönətimində xanın qərarına xatın qatılmasaydı geçərli sayılmazdı.

Türk Qadınları gözəlligi və igidliğinin yanında, təmiz və əxlaqlı olduğunada məşhurdur. elə ki İtalyalı gəzgin Marco polo yazılarında anlatırki Türk Qadınları bütün dünyanın ən təmiz və ən əxlaqlı Qadınlarıdır.
əgər əski Türk Qadınlarının olan haqları qorunsaydı Qadınların günümüzdəki statüsü də, yetiştirdığı övladlarda çox daha fərqli olurdu.
unutmayaq ki Qadın saçı uzun ağlı qısa bir varlıq dəyildir. Qadın bir toplumun qədərini dəyiştirəndir.

Related Articles

Bir cavab yazın

Back to top button