Dünya

Tacikistan Əfqanıstan sərhəddində nəzarəti gücləndirdi

Tacikistan Əfqanıstan sərhəddində yerləşən bütün keçid məntəqələrində nəzarəti gücləndirib.

Bu haqda məlumatı jurnalistlərə açıqlamasında Tacikistanın Səhiyyə və Sosial Müdafiə nazirinin müavini Mirhamuddin Kamolzoda verib.

Məlumata görə, məqsəd Əfqanıstanda qeydə alınan yeni bir növ koronavirusun yayılmasının qarşısını almaqdır.

Nazir müavininin sözlərinə görə, Səhiyyə Nazirliyinin əməkdaşları hazırda Tacikistan-Əfqanıstan sərhədindədirlər və vəziyyətə nəzarət edirlər.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close