Site icon Aznews TV

Tanınmış marağalı şair Mirza Hüseyn Kərimi vəfat edib

O, Marağada müalicə olunduğu “Əmir əl-Möminin” xəstəxanasında 92 yaşında ürək çatımazlığından dünyasını dəyişib.

Güney Azərbaycanın tanınmış şairi Kərimi Marağeyi 1931-ci ildə Marağa şəhərində anadan olub.

Tanınmış satira ustası demək olar ki, şeirlərinin hamısını Azərbaycan türkcəsində yazıb.

Siyasi, ictimai və mədəni çatışmazlıqları satıra formasında tənqid edən satirik şairin əsərləri azərbaycanlılar tərəfindən rəğbətlə qarşılanırdı.

Exit mobile version