Site icon Aznews TV

​​Tarixi məqalə: Cəlaləddin Rumi və Təbriz

Mövlana yanında Təbrizdən danışılanda o, cavanlaşdığını dilə gətirərək demişdir: “Təbriz ticarət diyarı, qiymətli, cəsur, döyüşçü insanların yaşadığı, azadlığın və sənətin mərkəzi olmuş bir şəhərdir. Tarixə damğasını vurmuş hökmdarların yaşadığı bu şəhər uzun müddət paytaxt olmuşdur. İpək yolu bu şəhərdən keçir. Asiyanın Avropaya bağlandığı bölgədə olan şəhər ticarət malları ilə Avropa bazarına açılmış, iqtisadi, siyasi, sosial və elmi həyatı inkişaf etmiş bir şəhərdir”.

Mövlananın şeirləri arasında içində Təbriz sözü keçən 221 beyt var. Onun bu şeirlərini tədqiqatçı Səməd Sabbağ kitab şəklində nəşr etdirmişdir.

Mövlananın “Divani-kəbir” (“Divani-Şəms”) adlı əsəri 33.000 beytdən ibarətdir və o, bu əsərini Şəms Təbriziyə ithaf etmişdir.

Exit mobile version