İranMədəniyyət və incəsənət

Tarixi Ucan şəhərində yeni qazıntı işlərinə başlanılıb

Aznews.tv xəbər verir ki, bu barədə Bostanabadın Ucan şəhərindəki tarixi qalada arxeoloji qazıntıların üçüncü (yeni) mövsümünün başladığını deyən Şərqi Azərbaycanın Mədəni İrs və Turizm İdarəsinin direktoru deyib: “Qazıntı işləri qədim araşdırmalar əsasında professor Rəhim Velayəti tərəfindən aparılır”.

Murtəza Abdar jurnalistlərə açıqlamasında Ucanin tarixi şəhər qalasında arxeoloji qazıntılar tarixi Ucan şəhərinin ərazisini müəyyən edilməsi məqsədilə aparılır.

Layihədə tarixi Ucan şəhərinin memarlığının bir hissəsini azad etmək üçün arxeoloji qrup, ilk və ikinci mövsümlərdə qərb və şərq hissədəki qalanın qülləsi tam kəşf edilib hökumət qalasında araşdırmalar davam edir.

800 il tarixi olan Ucan şəhəri, monqollar, Səlcuqlu dövründə Azərbaycanın şəhərlərindən biridir və onun ictimai, siyasi və iqtisadi həyatında çox mühüm rol oynayıb. Elxani dövründə monqollar şahı, Qazan xan dövründə burada imarətlər inşa edilib və Dar əl-İslam” adlandırılıb.

Böyük tariə malik olan Ucan şəhəri indiki Bostanabad şəhərinin cənubunda, Əşrəfabad kəndinin qərbində, Ucan çayının şərq sahilində yerləşir.

Şəhərə mənfi təsir edən zəlzələ və müharibələr kimi müxtəlif hadisələr zaman-zaman şəhərin böyük hissəsinin uçub-dağılmasına səbəb olub.

Təbrizdən 60 km şərqdə yerləşən tarixi Ucan şəhəri İranın torpaq memarlığı sahəsində Səlcuqlu və monqol Elxani dövrünün mədəni simvollarından biridir.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button