Site icon Aznews TV

Tehran bəndlərinin su ehtiyatlarında 30% azalma: xəbərdarlıq edildi

“Aznews tv” xəbər verir ki, ölkədə su bəndlərinin vəziyyətinin araşdırılması göstərir ki, cari ildə su anbarlarına suyun daxil olması ötən illə müqayisədə 10%-dən çox azalıb. Tehranda yerləşən su bəndlərində isə bu azalma artıq 30%-ə çatıb.

Su sahəsi üzrə mütəxəssislərin fikrincə, Hormozqan istisna olmaqla, ölkənin digər vilayətlərində yağıntılar keçən illə müqayisədə ən azı 20% az olub. Tehran, Qəzvin və Əlborz vilayətlərində isə keçən illə müqayisədə yağıntılar 25-30% azalıb. Quraqlıq və su böhranı ilə əlaqədar əsas narahatlıq isə üç vilayət – İsfahan, Çaharmahal və Bəxtiyari və Xuzistan vilayətləri ilə bağlıdır.

Xatırladaq ki, ötən aylarda İran əhalisi hökumətin suyu düzgün idarə etməməsi üzündən yaranan su problemi ilə bağlı olaraq dəfələrlə etiraz aksiyaları keçirilib. Hökumət isə ölkədə yaranan bu problemin həlli yönündə demək olar ki, heç bir tədbir görməyib.

Exit mobile version