AzərbaycanCəmiyyət

Tehran-Bakı uçuşları dayandırılmayacaq

Tehran- Bakı uçuşları dayandırılmayacaq.

Bu barədə Azərbaycan Dövlət Hava Yolları şirkətinin rəisi Cahangir Əsgərov məlumat verib.

“İran Hava Yolları şirkətlərinin Bakı Beynəlmiləl Hava Limanına və Azərbaycanın başqa hava limanlarına uçuşlarına heç bir məhdudiyət qoyulmayacaq. İndi Azərbaycanın “Buta Eyrveys” şirkətinin sərnişin təyyarələrinin Bakı-Tehran və əksinə gündəlik uçuşları adi qaydada davam etdirilir”, – məlumatda qeyd edilib.

Azərbaycanın “Buta Eyrveys” şirkətinin rəsmiləri bu şirkətin İran üzrə uçuş proqramında dəyişiklik etmək niyyətində olmadıqlarını bildiriblər. Eyni zamanda, Bakı Beynəlxalq Hava Limanının müvafiq bölmələri Azərbaycanın Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İran da daxil olmaqla, xarici uçuşlarda səhiyyə və karantin nəzarətini gücləndiriblər.

Qeyd edək ki, bəzi region ölkələri Çinlə daha geniş əlaqələrə sahib olsalar da, yeni koronavirusun yayılmasının qarşısını almaq üçün İrana uçuşlarını dayandırıblar. Bu ölkələr arasında Əfqanıstan, İraq və Türkiyə var.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close