Site icon Aznews TV

Tehran bazarında partlayış: Ölən və yaralananlar var

İranın paytaxtı Tehran şəhər bazarında güclü partlayış baş verib.

“Aznews tv”  xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Bu barədə məlumatı Tehran şəhər Yanğından Mühafizə İdarəsinin sözçüsü Cəlal Mələki verib.

Yanğının baş vermə səbəbi haqqında hələlik heç bir məlumat yoxdur.

Mələki məsələ ilə bağlı deyib: “Yanğınsöndürmə əməliyyatı başa çatıb, lakin yanğınsöndürənlər hələ də dağıntılar altında qalan daha biri şəxsi xilas etmək üçün axtarış aparırlar”.

Exit mobile version