Oyun yerli vaxtla saat 14:00-da Təbrizin “Bonyan Dizel” stadionunda baş tutub.
Gərgin keçən oyunda hesabı 36-cı dəqiqəd “Traxtur”un hücumçusu Məhəmməd Qənbəri açıb.
53-cü dəqiqədə forvard özünün və komandasının 2-ci qolunu vurub.
Oyun 2-0 hesabı ilə “Traxtur”in xeyrinə başa çatıb.
Bu qələbədən sonra “Traxtur” 22 xalla turnir cədvəlinin altıncı pilləsinə yüksəlib.
“İstiqlal” klubu isə ikinci pilləni itirədən 4-cü yerə düşüb.
Klubun aktivində 27 xalı var.
