Site icon Aznews TV

Tehranda 11 məktəb bağlana bilər

İranın paytaxtı Tehranda hüquqi şəxslərə aid olduğu üçün 11 məktəbin bağlanması nəticəsində təxminən 8 min şagirdin aqibəti qeyri-müəyyən qalır.

Aznews.tv-nin Trend-ə istinadən verdiyi məlumata əsasən, bunu Tehranın Təhsil və tədris idarəsinin direktoru Masud Seqafi bildirib.

Onun sözlərinə görə, bağlama qərarını daşınmaz mülklərin sahiblərinin biri tərəfindən verilib.

“Daşınmaz mülkün icarəsinin qiymətinin qalxmasının nəticəsində bir sıra fiziki və hüquqi şəxs tərəfindən bizim idarəyə təzyiqlər artır”, – deyə o əlavə edib.

M.Seqafi həmçinin qeyd edib ki, təzyiq daha da artdıqda, məktəbləri bağlamaqdan başqa yolları qalmayacaq.

Aznews.tv

Exit mobile version