İran

Xameneyinin nümayəndəsi: “Almaniya səfirliyi əməkdaşlarının ölkədən çıxmasına qadağa qoyulmalıdır”

Əli Xameneyinin "Keyhan" qəzetindəkiı nümayəndəsi Hüseyn Şəriətmədari Almaniyanın İrandakı səfiri və səfirlik işçilərinin ölkədən çıxışına qadağa qoyulmasını tələb edib.

O, bunun Almaniya hökumətinin İranın Berlindəki səfirliyinin iki əməkdaşının arzuolunmaz şəxs elan etməsinə cavab olaraq edilməsini təklif edib.

Hüseyn Şəriətmədari bununla yanaşı Almaniya təhlükəsizlik nümayəndəsinin bu ölkənin Tehrandakı səfirliyində olduğunu iddia edib və onun həbs edilərək mühakimə olunmasını istəyib.

Qeyd edək ki, fevralın 22-də Almaniya hökuməti İran əsilli Almaniya vətəndaşı Cəmşid Şarməhdin edama məhkum edilməsindən sonra İranın Berlindəki səfirliyinin iki əməkdaşının ölkəni tərk etməsini tələb edib.

“Keyhan”ın baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Əli Xameneyinin göstərişi ilə bu vəzifəyə təyin olunub.

Burada gedən yazılar İranın rəhbəri Əli Xameneyinin başçılıq etdiyi mühafizəkar qanadın, SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.

Related Articles

Bir cavab yazın

Back to top button