Ətraf Mühitİran

Tehranda ozon qatılığı “dəhşətli” dərəcədə yüksəlib

Aznews.tv “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Ekologiya Baş İdarəsinin direktor müavini Tehranda ozon çirkləndirici indeksinin artması ilə əlaqədar narahatlıqlarını ifadə edərək bildirib ki, bu indeks “dəhşətli” şəkildə yüksəlib və iki gün əvvəl Tehranda ozon indeksi 130-dan çox olub.

Məsud Təcrişi bununla bağlı dövlət orqanlarının, xüsusilə Səhiyyə Nazirliyinin bu sahədə araşdırma aparmalı olduğunu bildirib. O, həmçinin digər şəhərlərdə də ozon səviyyəsinin yoxlanılmasını vacib hesab edib.

Ozon qazı üç oksigen atomun birləşməsindən yaranır və güclü bir oksidləşdirici maddə sayılır. Atmosferdəki ozon zərərli günəş şüalarının qarşısını almaq üçün faydalıdır, lakin yer səthindəki ozon çirkləndirici maddələrdən hesab olunur.

Bu maddə avtomobillərdən, elektrik stansiyalarından, neft emalı zavodlarından, kimyəvi məhsullar istehsal edən zavodlardan və digər mənbələrdən çıxan çirkləndirici maddələr günəş işığı altında kimyəvi reaksiyalar həyata keçirərkən formalaşır və buna görə də, yay aylarında onun miqdarı digər mövsümlərdən daha çoxdur.

“İSNA”-nın məlumatına görə, ötən il ozon çirkləndirici maddə paytaxtın havasını həssas qruplar üçün 16 gün qeyri-sağlam vəziyyətə saxladı, bu il isə indiyədək Tehranın havası həssas qruplar üçün 11 gün ərzində, bütün qruplar üçün isə 1 gün qeyri-sağlam şəraitdə olub.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button