Dünya

Türkmənistan 2021-ci ilin əvvəlində Çinə boru kəməri qaz tədarükündə lider olub

Türkmənistan 2021-ci ilin ilk ayının yekunlarına görə, Çin bazarına boru kəməri qaz tədarükündə lider mövqedə olub. Bu barədə Çin Xalq Respublikası Baş Gömrük İdarəsinin məlumatında bildirilir.
Ümumilikdə 2021-ci ilin yanvarında Çin boru kəməri ilə 4 milyard 685 milyon kubmetr təbii qaz idxal edib. 2020-ci ilin yanvarında bu göstərici 4 milyard 366 milyon kubmetr idi. Yəni Cari ilin yanvarında boru kəməri ilə idxalı Çin 7,3% artırıb.
Hesabat dövründə Çin Türkmənistandan 2 milyard 786 kubmetr, Rusiyadan 916 milyon kubmetr qaz tədarük edib. Bundan əlavə 2021-ci ilin yanvarında Çin Myanmadan boru kəməri ilə 357 milyon kubmetr, Qazaxıstandan 319 milyon kubmetr və Özbəkistandan 307 milyon kubmetr qaz idxal edib.
Baş Gömrük İdarəsinin məlumatına görə, bu ilin yanvarında Türkmənistan qazı Çinin Mərkəzi Asiyadan idxal etdiyi qazın içərisində ən bahalısı olub. Belə ki, 2021-ci ilin yanvarında Türkmənistan qazının hər 1000 kubmetri üçün 187 dollar, Qazaxıstana 162 dollar, Özbəkistana 151 dollar ödənilib.

Related Articles

Bir cavab yazın

Back to top button