Bölgəİran

Bağdaddakı ABŞ səfirliyinə hücumun arxasından məşhur iranlı general Qasim Süleymani çıxdı

ABŞ-ın Bağdaddakı səfirliyinə bir neçə gün əvvəl İran tərəfindən dəstəklənən Haşdi Şabi tərəfdarları tərəfindən basqından sonra bölgədə gərginlik davam edir.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, İraq hökuməti və Haşdi Şabinin çağırışına baxmayaraq, fəallar ABŞ səfirliyinin qarşısından çəkilmək istəmirlər. Haşdi Şabi tərəfdarlarını ABŞ-ın Bağdaddakı səfirliyinin önündən çəkilməyə çağırıb, ancaq orada olan Hizbullah Tuğayları milisləri çağırışa tabe olmayacaqlarını bildiriblər. Onlar “işğalçılar (ABŞ) İraqdan çıxana və səfirlik boşaldılana qədər buradan ayrılmayacağını” bəyan edib. Haşdi Şabinin bəzi tərəfdarları da səfirlik binasına yaxın bölgələrdə aksiyalarını davam etdirirlər.

Yaşıl Bölgədəki ABŞ səfirliyinə basqın əmrinin isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandanı Qasim Süleymani tərəfindən verildiyi iddia edilir.

Yerli mənbələrə görə, səfirliyə basqın, Qasim Süleymaninin əmri ilə Asaib Ehl Elhak-ın lideri Kays əl-Hezali və Bedr koalisiyasının lideri Hadi əl-Amiri tərəfindən təşkil edilib. Bazar günü ABŞ-ın Haşdi Şabi qüvvələrinə hücumu zamanı İraqda Süleymaniyə ən yaxın adamlardan olan Ebu Ali Hazali də öldürülüb. Hazalinin hədəf alınması Süleymaniyə birbaşa mesaj kimi dəyərləndirilirdi. Digər tərəfdən, basqından bir qədər əvvəl Tehranla Bağdad arasında mülki sərnişin daşımalarında artım müşahidə edilib və 10 İran təyyarəsinin bir gündə İraqa endiyi iddia edilir. Səfirliyə basqın edən qruplar da divarlara “(Qasim) Süleymani liderim” sözləri yazıblar.

Bu arada, ABŞ ordusu da Bağdaddakı səfirlik binasına hərbi qüvvə toplamağa başlayıb. Iki gün əvvəl gecə saatlarında Küveytdən qalxan MV-22 helikopterləri təxminən 100 dəniz piyadasını səfirlik ərazisinə endirib. ABŞ müdafiə naziri Mark Esper də Twitter hesabından Prezident Donald Trampın göstərişi ilə bu addımı atdığını deyib.

Esper mesajında təxminən 750 əsgərin dərhal bölgəyə göndəriləcəyini bildirib. Müdafiə naziri bunu “müvafiq və tədbir məqsədli bir addım” adlandırıb. “Biz hər hansı ölkədə personalımızı qorumaq üçün həmin ölkənin təhlükəsizlik qüvvlərinə arxalanırıq və İraq hökumətini beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq,” – o deyib.

Related Articles

Bir cavab yazın

Back to top button