Dünya

Boris Conson: “İran sabitliyi pozan fəaliyyətlərinə son qoymalıdır”

Böyük Britaniyanın baş vəziri Boris Consonla İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. Bu barədə Britaniya Baş vəzirinin Ofisi açıqlama yayıb. Məlumata görə, vəzir danışıq zamanı İranın sabitliyi pozan fəaliyyətlərindən söz açıb. “Tehran geniş bir bölgədə sabitliyi pozan fəaliyyətinə son qoymalı və Xəlicdə müsbət gücə çevrilməlidir. İran atom razılaşmasına zidd olan bütün fəaliyyətləri dayandırmalı və anlaşmaya bağlı olduğunu göstərməlidir”,-deyə Conson diqqətə çatdırıb. Britaniya rəsmisi İranda həbsdə edilən ikili vətəndaşlığı olan şəxslərin dərhal azad edilməsini istəyib. Vəzir casusluqda günahlandırılan İran-Britaniya vətəndaşı Nazənin Zağərinin elektron ayaq bağının çıxarılmasını alqışlayıb. Onun qısa zamanda İngiltərəyə qaytarılmasının gərəkliliyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button