Azərbaycan

Qaradağlı faciəsindən 29 il ötür

Ermənistan silahlı qüvvələrinin Xocavənd şəhristanının Qaradağlı kəndini işğal etməsindən 29 il ötür.
Azərbaycanın Xocavənd şəhristanının Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il mübarizə aparıb. Kənd 1992-ci il fevriyyənin 17-də işğal edilərək yandırılıb. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər isə güllələnib. Bu olay nəticəsində erməni qəsbkarları dinc əhaliyə divan tutub. Belə ki, Qaradağlı faciəsindən 29 il keçməsinə rəğmən, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı hesab olunur.
Qanlı faciə zamanı erməni cəlladlar öldürülənləri və yaralıları quyuya tökərək üstlərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib.
İşğal nəticəsində kənddə 200 ev, 1 kültür evi, 320 yerlik orta mədrəsə binası, 25 təxtlik mərizxana binası və başqa tikililər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
Qaradağlı faciənin dünya toplumuna çatdırılması məqsədilə Xocavənd Şəhristanı İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan, rus, ingilis və fransız dillərində sənədli filmlər çəkilib.
Bundan başqa şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidələr ucaldılıb.

Related Articles

Bir cavab yazın

Back to top button