Azərbaycan

Azərbaycan aşıqlarını təhqir edən aparıcı üzr istədi

Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin başçısı Qasim Nazimi mediada yaydığı məlumatda təbrizli komediyaçı Babək Nəhreynin Azərbaycan aşıqlarını aşaılayan verilişi ilə bağlı açıqlama verib.

Onun özlərinə görə, Babək Nəhreynin məlum verilişindən sonra çox sayda mədəniyyətsevər və mədəni fəalın etirazlarını nəzərə alaraq başçılıq etdiyi idarədə hər iki tərəfin iştirakı ilə toplantı keçirilib.

“Toplantıda Babək Nəhreyn verilişdən məqsədinin aşıqları aşağılamaq olmadığını, bu vasitə ilə Azərbaycan aşıq sənətini daha çox tanıtdırmağa çalışdığını, bunun yanlış anlaşıldığı üçün bütün aşıqlar və azərbaycanlılardan üzr istədi”-deyə, Qasim Nazimi bildirib.

Xatırladaq ki, bir neçə gün bundan öncə Babək Nəhreynin “Coker” proqramında Azərbaycanın milli mədəniyyətinə, geyiminə, dilinə, tarixinə və əsil musiqisinə qarşı nalayiq hərəkətlər edib.

Şərqi Azərbaycan “Aşıqlar” Mədəniyyət və İncəsənət Dərnəyinin başçısı Məhəmməd İbadi bu məsələyə məhkəmə orqanları vasitəsilə aydınlıq gətirməyə məcbur olduqlarını və komediyaçını məhkəməyə verdiklərini deyib.

Mədəniyyət və İrşad İdarəsinin başçısının barışdırıcı çağırışından sonra “Aşıqlar” Mədəniyyət və İncəsənət Dərnəyi Babək Nəhreyn barədə şikayət ərizəsinin geri götürülüb-götürülmədiyi barədə hər hansı açıqlama verməyib.

Qeyd edək ki, Babək Nəhreynin İranda yayımlanan “Coker” proqramında Azərbaycan aşıqlarını, folklorunu aşağılamaq səviyyədə gülüş hədəfinə çevirməsi Güney azərbaycanlı fəallar və mədəniyyət sevərlər tərəfindən qınaqla qarşılanıb.

Etirazçılar hesab edirlər ki, “Coker” proqramı Azərbaycanın milli-mədəni simvollarını lağa qoymaq üçün vasitə olmamalı idi və Babək Nəhrin müsabiqədə qalib gəlmək üçün daha uyğun mövzu seçə bilərdi.

Related Articles

Bir cavab yazın

Back to top button