İran

“Wall Street Journal”: İsrail 5 il ərzində İranın maraqlarına qarşı təxminən 400 hücum həyata keçirib

"The Wall Street Journal" qəzeti yazıb ki, İsrailin Suriyada hava hücumları İranın hərbi ambisiyalarını dalana dirəsə də, qarşıdurmanı başqa sahələrə də yönəldib.

“Aznews tv”xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmiləri aprelin 10-da “The Wall Street Journal” qəzetinə açıqlamalarında məlumat veriblər. Onlar bildiriblər ki, İsrail ordusu son 5 il ərzində İranın Yaxın Şərqdəki maraqlarına qarşı təxminən 400 hücum həyata keçiriblər.

İsrail liderləri bu kampaniyanı İranı çəkindirmək və iki bölgəsəl düşmən arasında müharibə baş verəcəyi halda Tehranın İsrailə zərbə vurmaq qabiliyyətini zəiflətmək məqsədi daşıyan “müharibələr arasında müharibə” kimi qiymətləndiriblər.

İsrailin hücum hədəfləri arasında Rusiyanın İrana hədiyyə etdiyi hava hücumundan müdafiə sistemləri, iranlı hərbi məsləhətçilər tərəfindən qurulan dron bazaları və Livan Hizbullahının idarə olunan raket sistemləri olub.

Related Articles

Bir cavab yazın

Back to top button