Azərbaycanİran

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar

“Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə yoluxanların sayı ölkənin digər şəhərlərinə nisbətdə daha çoxdur. Ermənistanın köhnə və qeyri-standart Metsamor AES-nin həyat və ətraf mühit üçün çoxlu təhlükə yaradan radioaktiv maddələrinin Araz çayına axıdılması, regional və beynəlxalq ekspertlər, o cümlədən Avropa İttifaqı tərəfindən də təsdiqini tapıb.

Saytın yazdığına görə, İranın Nüvə Təhlükəsizliyi Sistemi Mərkəzinin rəhbəri Məhəmmədrza Kardan Araz çayının radioaktiv maddələrlə çirklənməsi haqqında deyib:

“1998-ci ildən indiyədək Araz çayının çöküntüsü və suyundan 10 nümunə götürülüb və heç bir anormal radiasiya çirkləməsi müşahidə olunmayıb”.

Bildirilib ki, İranda çıxan “Peyam-e ma” qəzeti ilk dəfə olaraq Araz çayının radioaktiv maddələrlə və ağır metallarla çirklənməsinə toxunaraq yazıb: “Çirklənmə var və onu daha inkar etmək olmaz!”

Related Articles

Bir cavab yazın

Back to top button