Delqan şəhəri fərmandarının müavini Xudabəxş Pəkirşahi mediaya verdiyi açıqlamada mayın 27-dən 28-ə keçən gecə polis zabiti, kapitan Abbas Rahəncamın güllələnərək öldürüldüyünü deyib.
O, Delqan-İranşəhr yolunun 20 kilometrliyi, Cəbrabad kəndinin yaxınlığında baş verən hadisə zamanı zabitin həyat yoldaşının ağır yaralandığını qeyd edib.
Fərmandar müavini hadisə barədə geniş açıqlama vermədən hücumçuların “silahlı quldur” olduqlarını bildirib.