Site icon Aznews TV

The Wall Street Journal: Suriya və Yəməndəki SEPAH üzvləri təhlükəsiz yerə köçürlər

Bu barədə “The Wall Street Journal” Suriya və Amerika hökumətinin müşavirlərinə istinadən məlumat yayıb. Nəşr, həmçinin qeyd edir ki, Yəməndə SEPAH və Hizbullahdan olan 50 məsləhətçi “gəmilərə raket və dron zərbələri endirməyə kömək etdikləri” sahil bölgələrini tərk edərək paytaxt Sənaya yollanıblar.

Fevralın 3-nə keçən gecə ABŞ İraq və Suriyada SEPAH-nin xüsusi təyinatlı Sepah-e-Qüds və İranyönlü qrupların hədəflərinə zərbələr endirib. Fevralın 3-nə keçən gecə ABŞ və Britaniya Avstraliya, Bəhreyn, Kanada, Danimarka, Niderland və Yeni Zelandiyanın dəstəyi ilə Yəməndə 13 yerdə husilərin 36 hədəfinə hücum edib.

#Suriya #Husilər #SEPAH

Exit mobile version