Dünya

Ticarət mərkəzində dəhşətli yanğın hadisəsi baş verib

 

Misirin paytaxtı Qahirədə ticarət mərkəzlərinin yerləşdiyi Muski bölgəsində bir obyektdə yanğın baş verib.

Aznews.tv xarici mediaya istinadən xəbər verir ki, qısa zamanda böyüyən yanğın digər iş yerlərinə də yayılıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşını gəlib. Yanğın zamanı 51 nəfər yaralanıb, 8 obyekt isə yanaraq istifadəyə yararsız hala düşüb. Yanğın 10 saat ərzində söndürülüb.Hadisənin baş vermə səbəbi araşdırılır.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button