Site icon Aznews TV

TİCARƏT ÜÇÜN ASTARADAN TRANZİT YOLU TİKİLƏCƏK

İranın Astara bölgəsinin fərmandarı, quru yolla rəvabitin artırılması, daha çox mal daşınması və xarici ticarətin möhkəmləndirilməsi hədəfi ilə İranla Azərbaycan arasında Astara-Astara dəmir yolu ilə yanaşı tranzit yolunun çəkilməsi tərhi ilə bağlı da açıqlama verib.
Həsən Rüstəmzad çərşənbə axşamı Astara-Astara dəmir yolunun yanında salınan maşın yoluna baş çəkərkən, “Azərbaycan tərəfi öz tranzit yolunu dəmir yolu ilə yanaşı olaraq İran mərzinə çatdırıb və biz də sıfır nöqtəsindən Astara dəmiryolu terminalınadək bu yolu tikməklə yük maşınları, yüklərin daşınması və xarici ticarət üçün lazımı şərait yaradacağıq”, – deyib.
O, “Astara-Astara tranzit maşın yolunun tikintisi üzrə peymankar şirkət artıq bəlli edilib və tezliklə, məs`ul məqamların qatılması ilə bu tərhin təməli atılacaq və bu yol Avrasiya ilə iqtisadi və ticari tərəqqi potənsiəlini və İranla Azərbaycan arasındakı münasibətləri daha da möhkəmləndirəcək”, – deyə əlavə edb.
Onun sözlərinə görə, Astara bölgəsinin Azərbaycanla quru, dəniz və dəmir yolu rabitəsi var və tranzit yolunun istifadəyə verilməsi ilə, İranla Azərbaycanı birləşdirən yollara daha bir quru yolu artırılacaq.
Xatırladaq ki, İran və Azərbaycan arasındakı Astara-Astara dəmir yolu 2018-ci ilin avrilində istifadəyə verilib.

Exit mobile version