Ətraf Mühitİran

Tikantəpədə 50 hektar otlaq yandı

Yanğın Oğulbəy və Qərənaz kəndlərində baş verib.

Aznews.tv Farsnews xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri Tikantəpə şəhər Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fazil İslami deyib.

“İki yanğın hadisəsi baş verib: birinci Oğulbəy kəndinin otlaqları və bu kənd ilə Qucur kəndi arasında baş verib. Hadisə 40 hektar otlaq sahəsinə yanması ilə nəticələnib. Yanğın səhlənkarlıq nəticəsində baş verib. Hadisədən dərhal sonra yanğınsöndürən briqadası yanğın yerinə göndərilib və yerli sakinlərin köməyi ilə 4 saatdan sonra yanğın söndürülüb. İkinci hadisə isə Taxt Süleyman bölgəsində yerləşən Qərənaz kəndində baş verib və 10 hektar otlaq sahəsi yanaraq külə dönüb. Ehtiyatsızlıq və səhlənkarlıq nəticəsində milli otlaqların yanmasına səbəb olanlar məsuliyyətə cəlb olunacaq”, İslami deyib.

Qeyd edək ki, Tikantəpə şəhəri Qərbi Azərbaycan vilayətinin cənub şərqində yerləşir və Zəncan, Şərqi Azərbaycan və Kürdüstan vilayətləri ilə həmsərhəddir.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button