Site icon Aznews TV

Tikantəpədə tarixi abidə məhv olmaq üzrədir

Qərbi Azərbaycan əyalətinin Tikantəpə şəhərinin “Dövrbaş” kəndində yerləşən və Qacarlar dönəminə aid olan 300 ilik tarixi Rəşid ül Döllə qlası və hamam dağılmaq üzrədir.

Afşar elinin xanına məxsus qala və hamamın incəsənət nümunəsi sayılan pannosu və başqa nadir bəzəklərinin aradan getməsinə baxmayaraq Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi hər hansı tədbir görməyə tələsmirlər.

3960 kvadrat metr sahədə və iki bölmədən ibarət olan, 2015-ci ildə tarixi əsərlər siyahısına salınan tarixi abidənin hazırda 80 faizinın dağılmasına baxmayaraq ilgili qurumlar onun yenidən qurulması və qorunması ilə bağlı heç bir addım atmırlar.

Bundan öncə tarixi abidənin bir müddət İran İnqilab Keşikçilri Korpusunun qərargahına çevrilməsi onun dahada çox dağılmasına, dəfələrlə çıxan yanğın nəticəsində acınacaqlı duruma düşməsinə səbəb olub.

Tarixi abidəni yararsız vəziyyətə saldıqdan sonra İnqilab Keşikçiləri Korpusu tarixi tikilini tərk edərək onu Qızıl Aypara Cəmiyyətinin nəzarətinə verib.

Qərbi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin sədr müavini Davud Fərazi bir ara abidənin yenidən qurulmasına cəhd göstərdiklərini, ancaq bunun üçün külli miqdarda vəsait lazım olduğu üçün təmir işərinin yarımçıq qaldığını bildirib.

 

Exit mobile version