CəmiyyətƏtraf Mühitİran

Tikantəpədə daşqın gözlənilir – Mahmud Zamani

Tikantəpə şəhərində daşqının baş verməsi gözlənilir. Yerli sakinlərə tövsiyə olunub ki, çayların məcrasından fasilə açsınlar.

Aznews.tv “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri şəhərin icra başçısı Mahmud Zamani deyib. O bildirib ki, şəhərin dağlıq yerlərində daşqının baş verməsi gözlənilir.
“Böyük ehtimalla avqustun 14-ü pərakəndə yağınların şahidi olacağıq. Daşqınların baş verməsi ehtimalı var. Odur ki, sakinlər diqqətli olmalı və çayların axarlarına, sel suları axan yerlərdən uzaq olmalıdırlar. Sel suları xüsusilə, Ağ Dərə, Həsənabad, Əmin Abad kəndlərinə ziyan vura bilər”, – M. Zamani xəbərdarlıq edib.

Qeyd edək ki, Tikantəpə şəhəri Qərbi Azərbaycanın cənub hissəsində yerləşir. Şəhər tarixi abidələri ilə tanınır. O cümlədən, 3000 ildən çox tarixi olan Şiz şəhəri Azərgüşəsb Atəşgahı ilə dünyaca məşhurdur. Lakin istər keçmiş rejimdə olsun, istər isə İnqilabdan sonra bu şəhərə baxan olmayıb və nəticədə olduqca geriləyib. Ölkənin ən böyük qızıl mədəninə sahib olan şəhərin inkişafənda bu mədənin heç bir payı olmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button