Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Tikantəpədə Azərbaycan mədənlərini talayanlar etirazçı kənd sakinlərinə hücum ediblər

Tikantəpənin Qızıl Qışlaq kəndinin daş mədənini qarət edən qumlu Cavad Cəfəri həmin bölgənin mədənini daha geniş şəkildə talan edə bilmək məqsədi ilə kənd camaatının torpaqlarını qəsb edir.

Etiraz edən əhali isə məhkəmə ekspertlərinin iştirakı ilə həmin şirkətlərin rəhbərliyi tərəfindən döyülür.

“Dadrasane Tikab” Telegram kanalı bununla bağlı yazıb: “Mayın 21-də kənd sakinlərinin Qızıl Qışlaq mədəni ilə bağlı şikayətindən sonra məhkəmə sistemindən göndərilmiş mütəxəssislərin iştirakı ilə təəssüf ki, mədən işçilərindən biri şikayətçi kəndlilərdən ikisinə hücum edərək onları döyüb.”

Qeyd edək ki, Cavad Cəfəri Tikantəpənin Qızıl Qışlaq kəndində kənd qəbiristanlığının ortasından yol çəkib və nəticədə xeyli sayda kənd əhalisinin məzarı dağılıb.

Bununla əlaqədar olaraq, Qızıl Qışlaq kəndinin camaatı əvvəllər kənd təsərrüfatı torpaqlarının zəbt edilməsinə və mədənçilərin Qızıl Qışlaq kəndinin qəbirlərini zəbt etməsinə etiraz olaraq Tikan Təpədə cümə namazlarından sonra eyləmlər keçirib etiraz plakatları qaldırıblar.

Kənd sakinləri bir müddət əvvəl mətbuata açıqlamalarında bildiriblər ki, “bu mədən Qızıl Qışlaq kəndinin yaxınlığında yerləşir və mədənçilərin fəaliyyəti kəndin, bağların, qəbiristanlığın geniş şəkildə dağıdılmasına səbəb olub. Digər tərəfdən, mədən işləri ilə əlaqədar kəndin su bulaqları da quruyub.”

Related Articles

Bir cavab yazın

Back to top button