Öyrədilmiş aşağılıq hissi bağlamında
Özət: İran prezident seçkilərində Türk soylu
Masoud Pezeşkiyanın qalib gəlməsilə, İran hakimiyyəti simvolik və özünə-qatma
siyasətlərindən (Co-optation) istifadə etməklə, Güney Azərbaycan milli hərəkatını
yönləndirməyə çalışdı. Bu məqalədə Fanon və Memminin sömürgədən qurtarma nəzəriyyələri və çarəsizlik psixologiyasına aid öyrədilmiş aşağılıq duyğusu anlayışına əsaslanaraq, İran rejiminin simvolizm siyasətləri və özünə-qatma cəhdləri təhlil olunur və bu siyasətlərin nisbətən uğurlu alınmasının səbəbləri araşdırılır. Habelə, Türk toplumunun bir qisminin, mümkün böhranlarda hökümət kadrolarına niyə ümid bağladığı məsələsi də incələnir.
Giriş:
Güney Azərbaycan milli hərəkatı son onilliklərdə dil, kültür, iqtisadiyyat və siyasətdəki ayrıseçkiliklərə, ümumilikdə isə daxili sömürgəçiliyə qarşı bir cavab olaraq formalaşıb. Davamlı basqılara baxmayaraq, bu hərəkat bu
gün İranın müxtəlif Türk təbəqələri arasında genişlənmiş və ölkədəki əsas kimlik-siyasi çatlaqlardan birini fəallaşdırmışdır.
O qədər ki, son illərdə artan etiraz və inqilabi atmosferdə, bu hərəkatın mərkəzdən qaçış və siyasi mahiyyəti dövlət üçün təhlükə olaraq görülməyə başlanıb. Beləliklə, yalnız zorla basqı deyil, eyni zamanda bu hərəkatı yönləndirmək siyasəti də son illərdə gündəmdə olub.
Bu çərçivədə, 1403 (2025) prezident seçkilərində Məsud Pezeşkiyanın qələbəsi, dövlətin bu hərəkatla münasibətində
mühüm bir dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu məqalə belə bir suala cavab axtarır:
İran İslam Cumhuriyyəti, Güney Azərbaycan milli hərəkatını necə simvolik və psixoloji vasitələrlə yönəltməyə çalışır?
1. Nəzəri çərçivə:
1.1
Sömürgəçilikdən xilas və sömürgələşmiş
şüur anlayışı, sömürgədən qurtuluş nəzəriyyələri (Frantz Fanon və Albert Memmi):
Cəzayirli psixiatr və düşünür Frantz Fanon, məşhur əsəri “The
Wretched of the Earth” (Yer üzünün lənətlənmişləri) kitabında yazır ki, sömürgəyə
mə’ruz qalan insan, yalnız bədəni ilə deyil, həm də zihni və vicdanı ilə sömürgəçinin hakimiyyəti altına düşür. Belə bir insan xroniki
özünüinkar vəziyyətinə düşür; öz kültürünü (mədəniyyətini) aşağılayır, sömürgəçinin
dilini isə irəliləmiş və üstün hesab edir.
Tunis mənşəli Fransa yazıçısı, filosof və toplum bilicisi Albert Memmi isə “Portrait of the
Colonized” (Sömürgələşmişin portreti) əsərində qeyd edir ki, sömürgələşmiş
insan yaşamaq üçün sömürgəçinin kimliyini qəbul edir, çünki ya öz kimliyindən məhrum
edilib, ya da o kimlik zorla basdırılıb.
Bu nəzəriyyələrə görə, sömürgəçilik yalnız fiziki zorakılıqla deyil, eyni zamanda sömürgələşmişin ruhuna və kimliyinə nüfuz etməklə işləyir. Sömürgəçi ilə sömürgələşmiş arasında olan münasibətdə, kimliyi təyin edən tərəf sömürgəçidir. Dost və düşmənin kim olduğunu, vətənin sərhədlərini və dəyərləri müəyyənləşdirmək səlahiyyəti sömürgəçiyə aiddir. Sömürgəçi üstündür və sömürgələşmişə aid hər nə varsa, əgər sömürgəçi tərəfindən onaylanmayıbsa, aşağı və dəyərsiz sayılır. Yalnız sömürgəçi deyil, onun yerli təmsilçiləri – göndərilmiş idarəçiləri də sömürgələşmişin
şüurunda yüksək qonumda dayanırlar, ağıllı və bacarıqlıdırlar. Elə bil ki, ölkəni idarə etmək səlahiyyəti yalnız onlara aiddir.
1.2 boyun əymə psixologiyası, öyrədilmiş aşağılıq hissi və çarəsizlik duyğusu:
“Öyrədilmiş aşağılıq hissi” sosial psixologiya baxımından, zülmə məruz qalan toplumların gücsüzlük və dəyərsizlik hissini içsəlləşdirməsinə (özünə hopdurmasına) işarə edir. Bu nəzəriyyə, hakimiyyət altında yaşayan insanlarla bağlı psixoloji araşdırmalara əsaslanaraq izah edir ki, davamlı basqı nəticəsində fərd öz gücsüzlüyünü və təsirsizliyini qəbul edir, zamanla hətta zülm edənə vəfadarlıq
göstərməyə başlayır. Əksinə, hakimiyyətə aid hər şey dəyərli və hörmətəlayiq görünür. Kim ki daha yüksək dövlət vəzifəsində çalışır, o bir o qədər layiqli, bacarıqlı və hörmətli sayılır.
Paulo Freire özünün “Pedagogy of the Oppressed” (Zülmə məruzmqalanların təlimi) kitabında yazır ki, ömrü boyu basqı altında yaşamış birminsan azadlığın qapısına çatanda, yalnız qalxmağa cəsarət etməməkdə qalmır, əksinə çox zaman azadlıqdan qorxur. Belə bir insan artıq zülm edənə psixoloji ehtiyac hiss edir.
Zülmə uğrayanların zalimə bu dərəcədə bağlı olması, onların zalım rejiminin çöküşündən qorxmasına səbəb olur. Bu qorxu bir tərəfdən naməlum gələcəkdən qorxudur, amma başqa tərəfdən, bu, istibdada alışmış zehniyyətin
yansımasıdır – yəni belə bir düşüncə formalaşıb:
“Əgər ağamız olmasa, hər şey dağılar. Ölkəni necə idarə edəcəyik? Axı ağamız və onun yerli təmsilçiləri təcrübəlidir, bacarıqlıdır, toplum tərəfindən qəbul olunub. Biz isə təcrübəsizik, hazırlıqsızıq, acizik və…”
1.3 Co-optation (özünə qatma) siyasəti
Co-optation siyasəti, siyasi nəzəriyyələrdə, toplum elmlərində və toplum hərəkatları ilə bağlı araşdırmalarda önəmli bir anlayışdır. Bu termin adətən mərkəzi hakimiyyətin, etiraz hərəkatlarını,
azlıqları və müxalif gücləri yönəltmək üsullarında istifadə olunur.
Co-optation anlayışının tərifi:
Co-optation, hakimiyyət sisteminin və ya güc strukturlarının, potensial olaraq etirazçı və ya tənqidçi olan şəxsləri və ya qrupları öz içinə cəlb etməsi prosesidir. Məqsəd bu şəxslərin və ya qrupların göstərdiyi müqavimətin qarşısını almaq, onları təsirsizləşdirmək və təhlükəni azaltmaqdır.
Bu cəlbetmə fərdlərə simvolik və ya məhdud vəzifələr verməklə və ya hökumətin nəzarəti altında olan saxta xalq qurumları yaratmaqla həyata keçirilə bilər.
Özünə-qatma siyasəti, müxalifəti zəiflətmək, hərəkatın içindəki birliyi parçalamaq, məşruiyyətini itirmiş sistemə saxta “qatılma” görüntüsü ilə yenidən məşruiyyət sağlamaü (məsələn, müxaliflərin seçkilərdə iştirakı
ilə), “plüralizm” görüntüse yaratmaq kimi məqsədlər daşıyır.
Co-optation anlayışından istifadə etmiş çox saylı düşünürlər var:
Herbert Marcuse
Marcuse iddia edirdi ki, müasir kapitalist toplumlar, etirazın müxtəlif formalarını (məsələn, etiraz musiqisi, kültürə qarşı hərəkatları və s.) öz sisteminə cəlb etməklə onları təsirsiz hala gətirir. Onun fikrincə bu tip “tolerantlıq” əslində
bir co-optation formasıdır – yəni etirazları görünüşdə qəbul etməklə, onların təsirını aradan aparır.
Philip Selznick
Selznick özünün “Leadership in Administration” (1957)
kitabında yazır ki, təşkilatlar nəzarəti əldən verməmək və ya qanunilik qazanmaq üçün, xarici qrupları sistemə daxil edir və bununla ziddiyyətləri yumşaldır.
Michael Parenti
Parenti radikal siyasi analizlərində dəfələrlə göstərir ki, hakim elitlər co-optation yolu ilə solçu və ədalətpərvər hərəkatları ortaməzhəb və zərərsiz axınlara çevirirlər.
Frantz Fanon
Fanon termin olaraq “co-optation” sözünü işlətməsə də, ” zorakılıq haqqında” və “Qara dərilinin özgələşməsi” kimi əsərlərində izah edir ki, sömürgəçilər yerli elitləri sistemə cəlb edərək onları öz hökmranlığının alətinə çevirirlər — bu mədəni və siyasi özünə-qatma nümunəsidir.
Noam Chomsky
Chomsky xüsusilə “Manufacturing Consent” (Edward Herman ilə birlikdə) əsərində, mediaların və başqa güc strukturlarının müxalif düşüncəni necə cəlb edib təsirsizləşdirdiyini geniş şəkildə təhlil edir.
1.4 Tokenism siyasəti (etkisiz Simvolizm)
Tokenism anlayışı, mərkəzi hakimiyyətin azlıqda və ya kənarda qalan toplumlara mənsub fərdləri göstəriş üçün, simvolik və məhdud vəzifələrə yerləşdirməsinə deyilir. Bu prosesdə həmin şəxslərə gerçək güc, struktur dəyişikliklərinə təsir imkanı və ya siyasətləri dəyişdirmək imkanı verilməz. Bu şəxslər adətən “çeşidliliyin
simvolu”, “dözümlülüyün sübutu” və ya “azlığın nümayəndəsi” kimi təqdim olunur. ancaq əslində, qərarvermə proseslərində heç bir rola malik deyillər.
Məsələn, bir qadının, yerli icmadan bir şəxsin və ya etnik azlıqdan bir fərdin nüfuzsuz və formal bir posta təyin edilməsi, Tokenism siyasətinin tipik nümunələrindəndir. Bu siyasıtdən məqsəd müxalif kimlikdə olan kütlələri aldatmaq və yönəltməkdir.
Tokenism anlayışı xüsusilə amerikalı toplumşünas Rosabeth Moss Kanter tərəfindən
“Men and Women of the Corporation” (1977) kitabında dərinliklə araşdırılıb.
Kanter-in Tokenism nəzəriyyəsi təşkilati araşdırmalarda və cinsiyyət bərabərliyi
sahəsində ən əsas və təsirli yanaşmalardan biri sayılır. Onun bu məşhur kitabında “token” belə tərif olunur:
> Tokenlər – bir azlıq qrupuna mənsub
olduqlarına görə təşkilatda və ya güc strukturunda görünüş naminə mövcud olan,
amma gerçək qərarvermə imkanına malik olmayan fərdlərdir. Bu iştirak daha çox
formaldır, reallığa təsir edən və gücə bərabər çıxışı təmin etmir.
Frantz Fanon, post-sömürgə dövrü düşünürü və psixiatr, “Black Skin,
White Masks” (1952) əsərində, sömürgəçilərin azlıqlardan necə səthi və
saxta nümayəndə kimi istifadə etdiklərini təhlil edir. Bu yanaşma, irqçi Tokenism anlayışı ilə üst-üstə düşür.
bell hooks, amerikalı feminist, kültür tənqidçisi və nəzəriyyəçi, öz əsərlərində ağ feminist hərəkatlar və akademik mühitlərdəki Tokenism siyasətlərini sərt şəkildə tənqid edir. O, Tokenism-i simvolik və strukturdan kənar inteqrasiya vasitəsi kimi təhlil edir.
Patricia Hill Collins, qaradərili feminist nəzəriyyəçi və toplumşünas, “Black Feminist Thought” əsərində, qara qadınların güc
strukturlarında yalnız simvolik şəkildə istifadə olunmasını qabardır. Onun fikrincə, Tokenism birləşik (interseksional) basqı siyasətlərinin bir
parçasıdır.
1.5 Çörək qırıntısı siyasəti) Bread Crumb Politics siyasəti)
çörək qırıntısı siyasəti,nciddi və sistemi sarsıdan tələbləri susdurmaq üçün atılan kiçik və simvolik güzəştlərə əsaslanır. Bu siyasət, mərkəzi hakimiyyətin etiraz və tələb dalğalarını ən az xərclə və risklə idarə etmək üsullarından biridir.
Bu anlayış, hakimiyyətin və ya dövlətin azlıqlara, baskıya məruz qalan toplumlara və ictimai hərəkatlara çox məhdud və səthi imtiyazlar verməsi ilə bağlıdır. Ancaq hakimiyyət elə edilir ki, mövcud ayrıseçkilikçi, ədalətsiz və bərabərsiz struktur dəyişməsin.
Bu tip siyasətdə, xalqın dərdini kökündən həll etmək əvəzinə, minimummvasitələrlə – məsələn: yarımçıq sosial yardım paketləri,kuponlar, simvolik maddi dəstək, bir-iki təmtəraqlı bayram tədbiri –kimi balaca imtiyazlarla elə edir ki ,insanlar yalnız yaşamağa davam etsinlər , narazılıqları geniş miqyasda artmasın və inqilabi ayaqlanmalar baş tutmasın.
Çörək qırıntısı siyasəti sadəcə insanları ayaqda saxlamağa yönəlib, rifah və insan ləyaqəti hədəf deyil. Bu siyasət əsasən ,etirazları idarə etmək,
xalqı passiv saxlamaq və özəlliklə iqtisadi böhran və idarəçilik iflası şəraitində istifadə olunur.
Ana dilində təhsil qadağan edilərək, yalnız bir yerli festivalın keçirilməsinə icazə verilmə,
bir etnik azlıq nümayəndəsi formal bir vəzifəyə təyin olunaraq ayrıseçkilik siyasəti olduğu kimi qalmsı, bir türk mahnısı dövlət televiziyasında səsləndirilərək, etnik ayrı-seçkiliklə bağlı xəbərlər sensur edilməsi, qırıntı çörək siyasətinin nümunələridir.
Güney Azərbaycan milli hərəkatının Pezeşkiyanın seçilməsindən sonra İran İslam Cumhuriyyəti tərəfindən yönəltmə siyasətinin
təhlili:
( simbolizm, özünə-qatma və qırıntı çörək siyasətləri ,Fanon və Memmi-nin ortaya qoyduğu sömürgədən xilas nəzəriyyələri, Seligman’in irəli sürdüyü öyrədilmiş acizlik və aşağılıq hissi psixologiyası kantextində)
Pezeşkiyanın qələbəsi və Tokenism siyasəti çərçivəsində tətbiq edilən simvolizm siyasəti:
Məsud Pezeşkiyan, hər nə qədər Türk mənşəli olub, zaman-zaman ana dili və kimliyi ilə bağlı nisbətən müsbət mövqelər ifadə etsə də, həmişə İran İslam Cumhuriyyətinın rəsmi sisteminin içində fəaliyyət göstərmiş bir fiqur olub. Onun icraedici gücün başına keçməsi, hakimiyyət baxımından Güney Azərbaycan toplumuna simvolik bir cavab oldu.( dil, kültür və ümumilikdə sömürgəçi siyasətlərdə heç bir əsaslı dəyişiklik edilmədən(. Əgər məsələni yalnız Güney Azərbaycan milli hərəkatı çərçivəsində dəyərləndirsək, 1403 (2025) prezident seçkilərində Pezeşkiyanın namizədliyi və qələbəsi ilə İran rejimi, bu Türk əsilli simvol vasitəsilə Azərbaycan türklərinin milli tələblərini simvolik və psixoloji yolla idarə etməyə çalışdı.
Bu siyasəti uyqulamaqda, “Türk toplumunun kollektiv şüuruna xitab etmək, kimlik aləti ilə
‘özümüzdən biri hakimiyyətdədir’ duyğusu yaratmaq, siyasi iştirak hissini artırmaq, haqsızlıq və ayrı-seçkilikdən doğan məğlubiyyət hissini az da olsa yumşaltmaq, və nəhayət, ‘İran milli birlik’ diskursunu gücləndirmək, kimlik çatlaqlarını onarmaq və coğrafi ‘İran’ anlayışına
bağlılıq hissini dirçəltmək” kimi hədəflər göz önündə idi . Beləliklə də, İkincil vətəndaş olma duyğusu, özünü yad hiss etmə, və mərkəzdən
uzaq düşmə hissləri aradan qaldırılmağa çalışıldı.
Tokenism siyasətinin hədəf auditoriyası, burda Azərbaycan türkləri və ümumilikdə Türk toplumudur. Daha qıssa desək, bu siyasətdən məqsəd, əldə real hüquqi qazanc və ya struktur dəyişikliyi olmadan, onların özlərini sistemə
“aid hiss etmələrini” təmin etməkdir.
Özətcə desək, hədəf belə idi ki, Azərbaycan türkləri Pezeşkiyanı “öz namizədləri” kimi qəbul etsinlər, onun hakimiyyətdə olmasını qürur hissi ilə müdafiə etsinlər,lakin heç bir əsaslı hüquqi və struktur dəyişikliyi baş verməsin. Bunun nəticəsində, Güney Azərbaycanın radikal milli hərəkatı, tədricən Pezeşkiyan və ətrafında
formalaşan reformist, seçkiyönümlü Türk hərəkatına çevrilə bilərdi . beləliklə də milli hərəkət, hakimiyyətin idarəmedə biləcəyi bir axıma çevrilmiş olardı.
2. Məsud Pezeşkiyan hökumətin co-optation (özünə-qatma) siyasəti baxımından
Pezeşkiyanın İran prezidentliyinə seçilməsi, zahirdə xalq iradəsi ilə baş vermiş bir hadisə kimi təqdim olunsa da, İslam Cumhuriyyəti kontekstində bu, gerçək dəyişiklikdən çox, bir sıra milli fəalların hakimiyyətə qatma strategiyasının bir hissəsi idi.
İran rejimi Pezeşkiyanı seçməklə, yalnız türklərə qarşı daha mülayim və empatik bir görüntü yaratmağa çalışmadı, həm də Güney Azərbaycan milli hərəkatında yer alan mühafizəkar və islahatçı qanadlara meydan verərək, bu hərəkatın bütövlüyünü zəiflətməyə
çalışdı.
Əslində, bu Özünə-qatma siyasətinin əsas hədəfi Azərbaycan milli fəallarıdır. Hakimiyyət milli hərəkat daxilində bir qütbləşmə yaratmaq istəyir. Belə ki, bir tərəf hakimiyyətə inteqrasiya olmuş, onun dili ilə danışan və özünü ağıllı, siyasi düşüncəli kimi təqdim edənlər, başqa tərəf isə
emosional, idealist, iran opozisyonunun təsirinə mə’ruz qalmış və bəzən hətta xəyanətkar
kimi damğalanan kəsim olsun. Bu ikiliklə, hərəkatçılar içində parçalanma yaradılır və nəticədə hərəkatın gücü zəiflədilir.
3. Pezeşkiyanın fəaliyyəti çörək qırıntısı siyasəti baxımından çörək qırıntısı siyasəti (Bread Crumb Politics), hakimiyyətin ictimai narazılığı
ucuz, simvolik, amma təsirsiz güzəştlərlə idarə etmə taktikasıdır. Bu siyasətdə, əsas və struktur dəyişikliklərdən yayınmaq, onun yerinə xırda jestlərlə razılıq əldə etmək məqsədi güdülür. İranda və Güney Azərbaycanda islahatların nəticəsiz qalmasının ən mühüm səbəblərindən biri son otuz ildə , Hakimiyyət tərəfindən xalqın etiraz enerjisini boşaltmaq üçün verilən əhəmiyyətsiz, amma simvolik imtiyazlar və bu imtiyazların islahatçılar tərəfindən şişirdilərək “uğur” kimi təqdim olunması olub. əlbəttə, aşırı
muhafizəkarla, habelə İrançılıq ideologiyasını daşıyan aşırı qrupların belə imtiyazlara
qarşı çıxması, bu boş və görüntü xarakterli addımların cazibəsini artırır. Şəhriyarın Heydərbabaya salam şeirindən bir neçə bəndin oxunması, Azərbaycan və Türkiyədən gələn diplomatik heyətlə türkcə salamlaşma, Bakının Fəxri Xiyabanında Pişəvərinin adının çəkilməsi, Traktor futbol komandasının çempion olması, Təbrizdə şaxsey mərasimində sinə vurmaq belə, bu çörək qırıntısı siyasətinin nümunləridir. Bu və buna bənzər bütün davranışlar, razılıq
imzası almaq üçün verilmiş çörək qırıntılarıdır.
5- pezeşkiyanın seçilməsi – sömürgəsizləşdirmə nəzəriyyəsi və boyun əymə psixologiyası baxımından
Frantz Fanon’un sömürgəsizləşdirmə nəzəriyyəsinə əsasən, sömürgəçi rejimlər çox vaxt yerli elitanı hakimiyyət strukturuna daxil
edərək əsaslı etirazları neytrallaşdırmağa çalışırlar. Bu konteksdə Pezeşkiyan
“yerli əməkdaş” rolunu oynayır . onun vəzifəsi zülm sisteminə daha insani və islah edilə bilən bir sima qazandırmaqdır.
Belə düşünülürdü ki, prezidentliyə türk mənşəli bir şəxsin gəlməsi, türklərin hakimiyyət sistemi ilə daha çox yaxınlıq hiss etməsinə, nəticədə bu sistemi “öz sistemi” kimi qəbul etməsinə və müqavimətin zəifləməsinə, hətta onun müdafiəsinə cəhd göstərməsinə yol açacaq.
Yeni sömürgə siyasətinin ən güclü
taktikası, məhz yerli qüvvələrdən istifadə edərək, azadlıq istəyən qüvvələrin qarşısını almaqdır. Nə qədər çox yerli insan hakimiyyət strukturlarında yer alarsa, sömürgə altında olan xalqın azadlıq hərəkatları da bir o qədər cazibəsini itirir və silahsızlandırılır.
Sömürgədə yaşayan insanlar özlərindən
olan bir şəxsin seçki yolu ilə qalib gəlməsi ilə, özlərini qalib hiss edir, həyəcanlanır, illərlə çəkilən milli alçaldılmanın qisasını aldığını düşünür.
Təbii olaraq, “İranşəhri” düşüncəsinə
sahib böyük bir qrupun bu duruma dözümsüz yanaşması və reaksiyası, bu simbolik
qələbənin dadını daha da artırır.
Fanon’un nəzəriyyəsinə görə, bu hal
“sömürgə altındakı insanın kolonizatorla psixoloji eyniləşməsi” halına bənzəyir
(bax: Fanon, Black Skin, White Masks, 1952). Ümid var idi ki, bəzi milli fəallar
Pezeşkiyanın prezidentliyini bir növ qələbə kimi qəbul edib, harekətin əsas məqsədlərini
ona dolayı yolla həvalə edəcəklər.
5- Öyrənilmiş çarəsizlik və acizlik psixologiyası baxımından
İranın indiki durumunda illərlə davam edən basqı və represiya, insanlarda gerçək dəyişiklik ehtimalına qarşı güclü bir inamsızlıq yaradıb. İnsanlar artıq hakimiyyət xaricində formalaşan
heç bir hərəkatın etkili olacağına inanmırlar. Onlar öyrədilib ki, heç bir işə özləri qərar verə bilməzlər, hər hansı dəyişiklik yalnız hakim təbəqənin iradəsi ilə mümkündür.
Hətta bəziləri seçkilərdə iştirakın rejimə legitimlik qazandırdığını belə görməzlikdən gəlir.
Bu mənzərədə, öyrənilmiş acizlik
(Learned Helplessness) psixologiyasına
uyğun olaraq, Azərbaycanlı bəzi mədəni fəallar, bir türkün hakimiyyət başında olması ilə, bir türlü sanrıya bənzər iyimsərliyə və yalançı dincliyə düşürlər. Onlar düşünürlər ki, hakimiyyətin bəzi hissələri türk xalqı üçün nəsə etməyə qərar
verib.
Bu içəridən gələn dəyişiklik ümidləri, nəticədə insanları gözləmə moduna keçirir, fəallığın yerini passivlik alır və bu da ciddi etirazların sönməsinə səbəb olur.
Simbolizm, özünə-qatma və qırıntı çörək siyasətlərinin nisbi uğuru və
ya iflası
Bu siyasətlərin uğur dərəcəsini qiymətləndirmək üçün həm xalqın seçkilərə münasibətinə, həm də
Azərbaycan hərəkatının fəal və aydın fikirli insanlarının reaksiyasına diqqət yetirmək lazımdır.
Türklərin seçkilərdə daha yüksək iştirak göstərməsi və türk bölgələrində iştirak edənlərin böyük əksəriyyətinin Pezeşkiyana səs verməsi, bir tərəfdən milli məsələ və etnik kimlik probleminin ölkənin əsas mövzularından biri olduğunu, başqa tərəfdən isə öyrənilmiş acizlik
və sömürgə düşüncəsinin, ən azından qısa müddətli olaraq xalqın rejimə qaytarılmasına və problemlərin sistem daxilində həll olunacağına görə ümid yaratdığını göstərdi.
Amma türk ziyalıları və fəallarının reaksiyaları göstərdi ki, bir tərəfdən bəzi ictimai və
mədəni fəallar bu prosesi şübhə ilə qarşılayır, və inanırlar ki, hakimiyyətin başında bir türk olsa belə, ayrı-seçkilik yaradan strukturlar , qanunlar və genəl siyasətlər dəyişmədikcə, real dəyişiklik mümkün olmayacaq. Başqa tərəfdən isə,
xüsusilə mühafizəkar, islahatçı və bürokratik təbəqələrə aid türk fəallar, bu qələbəni
mədəni və iqtisadi sahələrdə fürsət pəncərəsi kimi qiymətləndirdilər.
Bu ilkin xalq dəstəyi və Pezeşkiyanın varlığına görə baxış ayrılığı, rejimin Tokenism və Co-optation siyasətlərinin müəyyən qədər müvəffəqiyyət qazandığını göstərdi. İran rejimi,
türklərin kimlik tələblərinin bir qismini zahiri təmsilçilik və səthi islahat vədləri ilə özünə cəlb edə bildi, və bu projəni repressiv və ayrı-seçkilik yaradan strukturlar və qanunları dəyişmədən etdi.
Amma Simbolik siyasətlərin rejimlər üçün yalnız müvəqqəti faydalı olduğu bir gerçəklikdir. Əgər real addımlar atılmazsa və verilən vədlər yerinə yetirilməzsə, əvvəldə yaranan legitimli
Amma Simbolik siyasətlərin rejimlər üçün yalnız müvəqqəti faydalı olduğu bir gerçəklikdir. Əgər real addımlar atılmazsa və verilən vədlər yerinə yetirilməzsə, əvvəldə yaranan legitimlik tezliklə ümidsizliyə və qəzəbə çevriləcək.
Xalq seçki qutusunu çox tez unudur və özünü aldadılmış saymağa başlayır, nəticədə isə azlıqda qalan iştirak tərəfdarları cəmiyyətdə ciddi şəkildə təcrid olunur.
Pezeşkiyan tərəfindən verilmiş və’dlər, eləcə də seçkilərdə iştirak edən bəzi millətçilərin özlərindən uydurduqları və’dlər bütün sahələrdə puç çıxmışdır.
Bu olay, həm hökumətə, həm də seçkilərdə iştiraka çağıran şəxs və qurupların sosyal inamı itirilmələrinə gətirib çıxaracaq ki, bu da rəqibin meydan almasına səbəb olacaq.
Bu siyasətlərin nisbətən uğurlu olmasının səbəbləri:
Şübhəsiz ki, simvolizmi, Özünə qatmanı və özəlliklə də “qırıntı çörək” siyasətini qəbul etməyin əsas səbəbi məhz kolonial düşüncənin və öyrədilmiş aşağılığın (self-humiliation) nəticəsidir. Yalnız şiddətlə ac qalmış
bir insanı, soğan qızartmasının qoxusu ilə(soğan su ilə) hərəkətə gətirmək olar. On illər boyu yalnız təhqir və alçaldılma görmüş bir xalq, “saymaq” əlaməti daşıyan ilk jestə belə müsbət reaksiya verir. Pezeşkian bu hissi simvolik baxımdan oyandırdı. “öyrədilmiş çarəsizlik” nəzəriyyəsinə görə (Seligman, 1975), daima rədd edilmə və təhqirlə qarşılaşan vətəndaşlar zamanla vəziyyətlərini dəyişdirə bilməməyi təbii bir hal kimi qəbul etməyə başlayırlar.
Bu çərçivədə, toplumun bir hissəsi – türklər – ayağa qalxmaq əvəzinə, psixoloji və ictimai basqılardan qurtulmaq üçün “hakimiyyətlə özünü eyniləşdirməyə” meyil göstərirlər.
Təbii ki, bu işdə Güney Azərbaycanın milli hərəkatının struktur zəifliyi də təsirsiz deyil. Güclü medianın olmaması və sivil mübarizə
strategiyasının düzgün mənimsənməməsi, Pezeşkian kimi simaların “müvəqqəti
alternativ” kimi qəbul edilməsini gücləndirir və Güney Azərbaycan milli hərəkatını müəyyən dövrlərdə az xərc tələb edən seçki strategiyasına yönəldir.
Gələcəkdəki fərqli durum üçün hakimiyyət kadrolarına ümid bəsləmək və öyrədilmiş aşağılıq
Hökumətə bağlı araşdırma mərkəzlərinin statistikalarına görə, İranda xalqın 75 faizindən çoxu mövcud hakimiyyətdən narazıdır. Vəziyyətə qarşı çıxanlar – ya da daha yumşaq desək, narazılar – dəyişiklik istəyirlər. Bu dəyişiklik əgər maneələr aradan qaldırılsa, inqilabi və ya mərhələli şəkildə baş tuta bilər. Bu dəyişikliklərin
qalıcı, geri dönməz və az xərcli olması üçün bir sıra amillər nəzərə alınmalıdır.
Ancaq toplumun bir hissəsini təşkil edən türklər arasında, bəzi Mədəni fəallarında belə bir düşüncəmformalaşıb ki, indiki siyasi strukturdakı türk soylunkadrolar, gələcəkdəki
“fərqli durum”da rəhbərlik və ya idarəçilik rolunu oynaya bilərlər.
Sömürgədən qurtuluş ədəbiyyatında bu duruma “yerli vasitəçilərlə kolonialçının əvəzlənməsi”
deyilir və Fanon tərəfindən sərt şəkildə tənqid olunur: “Kolonializm hər zaman yerli dayaqlarla davam edir” (Fanon, The Wretched of the Earth,
1961).
Hakimiyyət kadrolarına ümid bəslənməsinin görünən səbəbləri bunlardır:
1. Güclü türk və azərbaycanlı alternativin görünməməsi: milli hərəkat qurumlarının zəifliyi,
güclü türk mərkəzli medianın yoxluğu və azərbaycan mərkəzli müstəqil alternativin olmaması hissi, bir çox insanı Pezeşkian kimi simalara yönəldir. Halbuki bu şəxslər sistemə bağlıdırlar, sadəcə nisbətən xalq arasında tanınmış,mislahatçı yönümlü və müəyyən qədər türk kimliyinə meylli olduqları düşünülür.
Bu yanaşma ona görə məntiqli görünür ki, bu vəziyyətin başlanğıc halqası – yənimhakimiyyətin müstəqil təşkilatlanmanı qurmağa imkan verməməsi, yaranan təşkilatlaı
sıradan çıxarması və təşkilatlanma əleyhinə apardığı mənfi təbliğat – nəzərəmalınmır. İkincisi, yüksək vəzifəli hökumət kadrolarının “alternativ” və “dayaqnnöqtəsi” kimi qəbul olunması, onların öz şəxsi bacarıqları və qabiliyyətləri ilə əlaqələndirilir. Halbuki bu şəxslər bacarıqlı olduqları üçün önə çıxmayıblar; əksinə, önə çıxarıldıqları üçün bacarıqlı görünürlər.
Qısa bir baxışmkifayətdir ki, keçmişdə ön plana çəkilmiş bəzi tanınmış hökumət simalarının (millət vəkilləri, nazirlər, valilər və s.) vəzifədən
getdikdən sonrakı təsiri göstərir ki, onların bacarığı zatən (yəni özündə) varmidi, yoxsa vəzifədə olduqları üçün (yəni vəzifə sayəsində) belə görünürdülər.m(məsələn: Qazıpur, Abbaspur, Əbdüləlizadə, Ə’ləmi, Şafei, Beygi, Həsənnejad və s.)
Bu, kolonializmin əsas taktikasından biridir: əvvəl müxtəlif yollarla yerli xalqa onların “çıxarsız, bacarıqsız” olduqlarını qəbul etdirir, sonra isə “sizi idarə etmək bizim vəzifəmizdir”
deyə ortaya çıxır.
2- güc boşluğu və qarışıqlıq qorxusu:
Yaxın Şərqdə baş verən müharibə və dağılma təcrübələri bir çox insanı keçid dövrünə görə narahat etmişdir. Bu səbəbdən, sistem daxilindəki “özümüzdən olan” elitlərlə əlaqəni qorumaq, sabitliyin təminatı kimi qəbul
edilir. Əslində bu baxış, “alçaldıcı sabitlik”i və ya mövcud durumun qorunmasını (və ya onun yüngül şəkildə islahını), “riskli keçid”ə üstün tutur.
İllərdir ki, hakimiyyət, təhlükəsizliyi bütün strateji məhsulların yerinə xalqa sırımağa çalışır. Bu diskurs təkcə sadə insanlarla məhdudlaşmır – toplumun aydınları da onu müxtəlif səviyyələrdə içsəlləşdirir. Ancaq bilinməlidir ki, hər doğuş bir ağrı ilə gəlir və bu ağrıya qatlanmaq lazımdır.
3-kürd yayılmacılığı və ərazi iddiaları ilə bağlı narahatlıq:
Millətçilik təbiəti etibarilə, o cümlədən kürd millətçiliyi də yayılmacı xarakter daşıyır. Kürdlər isə müxtəlif səbəblər – və bu səbəblərin əsas hissəsi hakimiyyətlə bağlıdır – üzündən illərdir
Qərbi Azərbaycanın şəhərlərində yerləşdiriliblər. Onlar birbaşa ərazi iddiası irəli sürməsələr belə, bu cür iddianın potensial təhlükəsi daim hiss olunur. Digər tərəfdən, Azərbaycan türklərinin yaddaşında kürdlərin törətdiyi faciələrlə
bağlı acı xatirələr var. Bəzi türk fəallar, məsələyə müsbət yanaşmaq istədiklərində belə, bu ehtimal olunan hücumdan qorxaraq, hazırkı sistemin davamını arzulayır və ya sistemin dağılması halında bu təhlükədən qorunmaq üçün mövcud inzibati və hərbi kadrolara sığınmağı bir çıxış yolu olaraq görürlər.
Əgər bu gerçəyə diqqət yetirsək ki,
Qərbi Azərbaycanda əhalinin etnik tərkibinin dəyişdirilməsinin əsas məs’ulu elə
mövcud hakimiyyətdir və bu günə qədər həmin hökumət kadroları rejimin siyasətlərini
gözü bağlı həyata keçiriblər, əhalinin
etnik tərkibinin dəyişdirilməsinə bir dəfə də olsun etiraz etməyiblər, onda belə
kadrolara bel bağlamağın nə qədər gülünc olduğu açıq-aşkar görünür.
4. Milli hərəkat fəallarının idarəçilik və siyasi işlərdə təcrübəsizliyi:
İran İslam Cümhuriyyətinin dar çərçivəli siyasətləri nəticəsində, Azərbaycan
milli fəallarının dövlət qurumlarında işlə təmin olunmasının qarşısı alınır; işə qəbul olunanlar ya işdən çıxarılır, ya da onların idarəçi pillələrə yüksəlmələri əngəllənir. Bəziləri isə özlərini elə dərəcədə senzura edirlər ki, sıravi işçilərdən
seçilmirlər. Bu durum nəticə etibarilə bəzi insanlarda belə bir fikir yaradır ki, guya milliçilər idarəetmə və hakimiyyət sahəsində təcrübəsizdirlər və gələcəkdə ola biləcək böhranların qarşısını almaq üçün indiki təcrübəli kadrolara sığınmaq lazımdır.
Bu arqument yalnız o şəxslər üçün inandırıcı görünə bilər ki, mövcud sistemin siyasi quruluşunu, ideoloji yönümlü işəqəbul siyasətlərini, dövlət qurumlarında yüksəliş mexanizmini, seçki prosesini, inzibati və iqtisadi sahədəki korrupsiya göstəricilərini və məsul şəxslərin real bacarıqlarını və necə iş
yapmalarını tanımır. Yoxsa, hətta İran İslam Cümhuriyyəti daxili və xarici böhranlardan xilas olsa belə, bu sistemi qorumaq üçün böyük bir idari çevriliş, yəni əsl bir idarəçilik inqilabı qaçınılmaz olacaq. Bu durumun xalq arasında
çox gözəl ifadəsi var: “Dərə boş olanda, tülkü bəy olur.”
5. Müstəqillikdən sonraki illərdə, Şimali Azərbaycan təcrübəsinə yanlış bilgilərlə istinad:
Dövlət kadrolarının əhəmiyyətini əsaslandırmaq istəyən bəzi şəxslər, Şimali Azərbaycanın müstəqillikdən sonrakı dönəminə istinad edərək belə deyirlər:
“Xalq Cəbhəsinin rəhbərləri və üzvləri dövlət idarəçiliyində təcrübəsiz olduqları üçün, Elçibəy dönəmində Azərbaycan torpaq itirdi.” Bu yanlış məlumat bəziləri üçün o qədər qəbul olunub ki, Şərqi Avropa, Latın Amerikası və Güney Afrikadakı keçid təcrübələrini belə nəzərə almırlar. Halbuki Elçibəy dönəminin reallıqları bu iddiaların tam əksini göstərir. Ermənistan tərəfindən işğal edilən 12 bölgədən yalnız Kəlbəcər Xalq Cəbhəsi dönəminə təsadüf edir; o da Sovetdən qalma hərbi-kəşfiyyat kadrolarının satqınlığı nəticəsində baş verdi. Əksinə, təcrübəsiz milli qüvvələr daha əvvəl işğal olunmuş üç bölgəni geri almışdılar və strateji əhəmiyyətə malik Laçını azad etməyə yaxın idilər. Elə həmin vaxt “təcrübəli” siyasi kadrolar bu qüvvələri Elçibəy hökumətinənqarşı çevrilişə yönləndirdilər. Çünki dövlətin, ordunun və təhlükəsizlik qurumlarının bir çox həssas sahələrində Sovet yönlü kadrolar yalnız kiçik dəyişikliklərlə vəzifədə saxlanmışdı – sadəcə
adları dəyişmişdi, məzmun isə eyni qalmışdı. 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan Cumhuriyyəti müstəqillik qazansa da, dövlət, ordu və təhlükəsizlik strukturları hələ də KGB, Qızıl Ordu, Sovet Kommunist Partiyası və Moskvaya bağlı qurumlarda yetişmiş kadroların nəzarətində idi.
Elçibəyin hökuməti də qısa zamanda məhz bu keçmiş təhlükəsizlik kadrlarının, Moskvaya bağlı zabitlərin və texnokrat elitlərin birləşdiyi koalisiya tərəfindən devrildi.
Bu cür yanlış məlumatlar əslində Şimali Azərbaycandan çox, Güney Azərbaycanda
yayılıb. Çünki Xalq Cəbhəsinin keçmiş nümayəndələri – bəzi səhvləri etiraf etsələr
də – fəaliyyətlərini müdafiə edə bilirlər. Amma heç olmasa bu qədər kobud və saxta məlumatı açıq şəkildə xalqa sırımaq olmaz.
Hətta əgər hökumət kadrolarına ümidin formalaşmasında göstərilən bu səbəblər
doğru olsa belə, yenə də bunlar yalnız səthi səbəblərdir. Əsas və dərin səbəbi isə yenə də, sömürgə psixologiyası və öyrədilmiş çarəsizlik və aşağılıq anlayışında axtarmaq lazımdır.
“Learned Helplessness / Inferiority” – yəni
öyrədilmiş gücsüzlük və ya aşağılıq duyğusu termini, amerikalı psixoloq Martin
Seligman tərəfindən 1970-ci illərdə ortaya atılmışdı. O, bu vəziyyəti ilk dəfə itlər üzərində apardığı təcrübələrdə müşahidə etmişdi, amma sonradan bu anlayışı insan davranışlarına və
toplumlara da şamil etdi.
Daha əvvəl qeyd olunduğu kimi, öyrədilmiş aşağılıq elə bir psixoloji haldır ki, insan və ya toplum, ard-arda yaşadığı uğursuzluqlar və ya zülm nəticəsində elə bir inanca gəlir ki, artıq durumunu dəyişmək üçün heç nə edə bilməz – hətta azadlıq imkanları real olaraq mövcud olsa belə. Seligman bu nəzəriyyəni daha sonra istismara məruz qalmış toplumlara da tətbiq etdi.
Güney Azərbaycanda təkrarlanan repressiyalar, siyasi uğursuzluqlar, sansur qarşısında acizlik, institut quruculuğundan məhrumluq, ana dilinə qoyulan qadağalar, yarı-kapitalist diskursun hakim duruma gəlməsi, inqilabi və mübarizə
yönümlü yanaşmaların uğursuzluğa düçar olması, nəticədə qudrət və sərvət sahiblərinin
“etibarlı” şəxsə çevrilməsi Və… bütün bunların nəticəsi olaraq xalq hərəkatlarına olan güvənin itməsi, güc mərkəzinə ümid bağlanması, ciddi dəyişiklik cəhdlərindən qaçmaq, sistem daxilindəki islahatçılara (bəzən hətta türkcə danışan mühafizəkar və fundamentalistlərə) sığınmaq, müstəqil alternativ qurmaqdan uzaq durmaq, milli və müstəqil şəxsiyyətlərə və ümumilikdə azərbaycanlı toplumunun milli
dövlət qurmaq gücünə inamsızlıqla nəticələnən vəziyyət “öyrədilmiş çarəsizlik” anlayışı ilə tam üst-üstə düşür.
On illərdir öz taleyinə görə qərar vermək hüququndan məhrum edilən bir toplum, azadlıq anı gəlsə belə, xəyal qurmaq, seçim etmək və alternativ yaratmaq gücünü itirmiş ola bilər. Bu baxımdan, “öyrədilmiş aşağılıq” anlayışı
bu cür siyasi davranışı anlamaq üçün açar rolunu oynaya bilər.
Seligman’ın nəzəriyyəsi xəbərdarlıq edir ki, “öyrədilmiş aşağılıq”, basqı amilləri aradan qalxsa belə, şüur dəyişmədikcə uzun müddət davam edə bilər.
İnqilabi dönüş nöqtələrində hakim sistemə sığınmaq, mövcud vəziyyəti müdafiə
etmək və hər bəhanə ilə hakimiyyətin populist kadroları ətrafında birləşmək, nə ad qoyulsa qoyulsun, əsas səbəbi yəni “öyrədilmiş aşağılığı” gizlədə bilməz.
Sömürgələşmə və sömürgə psixologiyası əsas yönləndirici amillərdən biridir ki, sömürgə insanlarının bütün qərar və mövqelərini o cümlədən hakimiyyət kadrolarına münasibəti də etkiləndirir. Özünə güvənin olmaması, hakim millətə qarşı kimlik aşağılığı hissi, həmin millətə aid bütün institutlara və dəyərlərə qarşı kor qəbul və bu dəyərlərin içsəlləşdirilməsi
– sömürgə psixologiyasının əsas xüsusiyyətlərindəndir. Hətta sömürgə halında
olan millətin milli fəalları belə, sömürgənin təsirindən tam xilas ola bilmir –
baxmayaraq ki, onlar əslində bu sistemə qarşı mübarizə aparırlar.
Yeni sömürgəçiliyin xarakterik cəhəti
bu psixoloji labirintin daha da dərinləşməsinə səbəb olur. çağdaş daxili sömürgəçilikdə,
sömürgə xalqının özündən olan qüvvələr, hakim millətə qovuşma , özünü sömürgəçiyə bənzətmə və sömergəçini özündən bilmə vasitəsi kimi istifadə olunur. Bu siyasətə populizm də əlavə olunduqda, vəziyyət daha da qarmaqarışıq hala gəlir. Bu zaman üzdə belə görünür ki, sömürgələşdirilən toplumlar və aydınları aldanıblar, Ancaq, onların ziddiyyətli davranışları da elə sömürgə zehnindən qaynaqlanır.
Nəticə
Pezeşkianın qələbəsi ayrı-seçkiliklərin sonu deyil, əksinə, sistemin özünü saxlamaq üçün ortaya qoyduğu simbolizm və özünə-qatma siyasətlərinin bir hissəsidir.
İran İslam Cümhuriyyəti, bu siyasətlərdən istifadə edərək, bir tərəfdən Güney
Azərbaycan türklərinin milli təhqir və yadlaşma hissini azaltmağa, başqa tərəfdən
isə milli fəalların böyük bir qismini sistemin içərisinə çəkməyə çalışır. Bu siyasət vasitəsilə milli məsələnin həll yolunu seçkilər və hakimiyyətə yaxınlıqda göstərir, hərəkat daxilində ciddi bölünmələr yaradır və sonda önəmsiz və simvolik imtiyazlarla milli hərəkatın enerjisini boşaldır, saxta bir qələbə hissi formalaşdırır.
Bu simvolik yönümlü siyasətin tamamlayıcısı isə əsas məsələnin üstünü örtmək üçün xırda və qondarma problemlərin qabardılmasıdır. Bu, həm əsas məsələni fantaziya kimi göstərir, həm də bu kiçik özü yaratmış məsələlərin həllini token qəhrəmanlara və özləri tərəfindən ortaya atılmış simalara həvalə edir. Beləcə, milli hərəkatİ nəzarət olunan və hakimiyyətə təhlükəsiz yollara yönəldilir.
Bu siyasətlər ona görə qısa müddətdə Təsirli Ola Bilir Ki, “öyrədilmiş çarəsizlik” və sömürgələşmiş düşüncə zəminində həyata keçirilir. Bu zəmin həm də toplumda hakimiyyət kadrolarına ümid və asılılıq yaradır ki, bu da öz növbəsində hərəkatın:
– toplumun dəyişiklik ritmindən geri qalmasına,
– legitimliyinin zədələnməsinə,
– səmimi qüvvələrin kənara atılmasına
– və əldə olunmuş dəyişikliklərin geri dönməsinə
səbəb ola bilər.
Son söz:
Pezeşkian kimi simalara və başqa hakimiyyət kadrolarına ümid bağlamaq — əsarətdəki
təhlükəsizliyə sevinmək kimidir.
Azadlıq isə riskin, dirənişin və özünə güvənin içindən doğar.
Yaşasın Azərbaycan!
Azadlıq, ədalət, milli hakimiyyət!