Site icon Aznews TV

Tokio Qəzza zolağına on milyonlarla dollar yardım edəcək

ANT xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yoko Kamikava mətbuat konfransında bildirib.

“Yardım beynəlxalq təşkilatlar vasitəsilə həyata keçiriləcək”, – deyən nazir, vəsaitin ərzaq və tibbi yardım üçün istifadə olunacağını vurğulayıb.

Kamikava həmçinin bir daha HƏMAS və digər silahlı Fələstin qrupları tərəfindən İsrailə qarşı terror hücumlarını pisləyib, eyni zamanda girovların dərhal azad edilməsinə və mülki şəxslərin təhlükəsizliyinə çağırıb.

Exit mobile version