İqtisadiyyatİran

Toyuğun qiyməti rekord qırdı – Ramazanlı

Zəncanda toyuğun kiloqramı 14750 tümənə qalxaraq ilin ən yüksək həddində çatıb.

Aznews.tv “Farsnews” xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri Zəncan Toyuq, Yumurta və Balıq İstehsalçıları İttifaqının rəisi, Seyid Nasir Ramazanlı deyib. O bildirib ki, bu göstərici ilin ən pik qiymətidir:

“Bu il toyuğun qiyməti çox oynaq oldu. Bəzən düşdü, müəyyən vaxtlarda yüksəldi. Bir neçə gün bundan əvvəldən Qurban bayramı ilə bağlı toyuğun qiymətində artım müşahidə edildi. Tam əminliklə deyə bilərəm ki, dünən və bu gün 300 ton toyuq şəhərdə paylanıb. Elə bu gün 180 ton toyuq paylanıb. Bayram günlərində toyuq çox istifadə edildiyinə görə, toyuğun qiymətində artım var. Güman edirik, bayramdan sonra qiymətlər düşər”.

Lakin Ramazanlıya demək lazımdır ki, bu bayram Novruz, yaxud orucluq bayramı deyil. Adı üstündə: “Qurban Bayramı”. Qurban bayramında müsəlmanlar diri heyvan (qoyun, quzu, dana) alıb kəsir. Kəsilib ütülən toyuq yox. Biz də Ramazanlı kimi ümid edirik ki, bayramdan sonra qiymətlər düşsün. Amma bu bir qədər asan deyil. İlk öcə toyuq dəni (yemi) ucuz olmalı, idxalında olan maneələr götürülməlidir.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button