İdmanİran

“Traktor Azərbaycan” Premyer Liqada birinci yerdə qərarlaşıb

“Traktor Azərbaycan” klubu “Saipa” komandası üzərində qələbə qazanaraq Premyer Liqa cədvəlində birinci yerdə qərarlaşıb.

Aznews.tv verir ki, müvəqqəti olaraq birinciliyi əldə edən “Traktor Azərbaycan” rəqibini 1-0 hesabı ilə məğlub edib.

Matçın 10-cu dəqiqəsində Kevin Forçune “Saypa” komandasının qapısına qol vuraraq “Traktor”a qalibiyyət qazandırıb. Bununla da Mustafa Dənizlinin şagirdləri müvəqqəti olaraq 11 xalla turnir cədvəlində birinci olublar. “Saipa” isə 7 xalla altıncı yerdə qərarlaşıb. Oyuna qəzavət edən hakim Peyam Heydəri “Saipa”nın oyunçuları Kamaləddin Nikxu və Arman Ramazanini sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, oyun çərşənbə günü, saat 16:15-də Tehrandakı “Pass Qavamin” stadionunda baş tutub.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close