İdmanİran

“Traktor”-“İstiqlal” oyununun biletleri satışa çıxarılıb

“Traktor” azarkeşləri bu gündən etibarən oyunun biletlərini www.ticket.tractor-club.com saytına daxil olaraq ala bilər.

Aznews.tv xəbər verir ki, bu sözlər Təbriz Traktor Mədəniyyət İdman Klubunun elanında yer alıb.

“Traktor” – “İstiqlal” oyununun bilet satışı başlandı. Buna görə maraqlılar sayta girib lazımi məlumatları doldurub 10,000 tümən ödəməklə stadiondakı yerlərini təyin edə bilərlər. Hər hansı səbəbdən bilet ala bilməyənlərə kömək etmək üçün “Qurdlar Dərəsi” (Yadigar İmam) stadionunda 15,000 tümən dəyərində kart biletlərin satışı olacaq”, – elanda bildirilib.

Xatırladaq ki, “Traktor Azərbaycan” və “İstiqlal Tehran” futbol komandaları Premyer Liqanın doqquzuncu həftəsində aban ayının 10-u, saat 18-də qarşılaşacaq.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close