İdmanİran

“Traktor” klubunun tərəfdarlarından İranın radio-televiziyasına sərt etiraz

Super Liqada oyunlarının 16-cı həftə görüşündən öncə “Traktor” klubunun tərəfdarları müsahibələrində xainlərin İran radio-televiziyasında bilərəkdən klubun oyunlarının senzur edilib, məsələyə irqçi yanaşmalarınını pisləyiblər.
Onlar ölkə radio-televiziyasında müxbirlərdən tutmuş aparıcılara, eyni zamanda canlı yayımlara gələn mütəxəssislərə qədər hər kəsin öncədən hədəfli və farsçılıq düşüncələrindən asılı olaraq verilişlərə çağırıldığını bildiriblər.
“98 ildir İran adlanan ölkənin türkləri Rza şahın anti-türk düşüncəsindən yana zülm çəkir və təzyiq altındadırlar. Bu düşüncə tərzi ilə türk millətinə yanaşmalar İslam Respublikasında da ardı kəsilmədən davam edir. Nəticədə də uduzan farsyönlü irqçilər olacaqlar”, – azarkeşlər deyiblər.
Əlavə edək ki, sözügedən oyunda həmin tərəfdarların hüzurunda “Traktor” oyunu 3:2 hesabla xeyrinə bitirib. Oyunun gedişatında tərəfdarlar indiki Çinin tərkibində olan Şərqi Türküstanın uyğurlarını dətəkləyən lövhə qaldırıblar. Bununla yanaşı, Keçiqıran dağları bölgəsində Sarab Niyana Kəndlərinin zəlzələdən çətinliklərini də unutmadan onların da acı durumları haqda plakardlar açdılar.
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close